Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında tamaşa nümayiş etdirilib.

01.06.2023

Ağdaş Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsində olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında "Nurlu ömrün anları" tamaşası nümayiş etdirilib. 

Belə ki, mənzum səhnə əsəri 30 may tarixində Ağdaş və Göyçay rayon Heydər Əliyev Mərkəzlərində, 31 mayda Ucar rayon Heydər Əliyev Mərkəzində və Zərdab rayon Mədəniyyət Mərkəzində səhnələşdirilib.

Ulu öndər Heydər Əliyevin həyatına, siyasi fəaliyyətinə, azərbaycançılıq, dövlətçilik məfkurəsinə həsr olunan, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.