Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Türyançay qəsəbə Sənətkarlıq evində Norvuz şənliyi keçirildi.

15.03.2023

14 mart 2023-cü il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzinin dəstəyi Türyançay qəsəbə Sənətkarlıq evinin təşkilatçılığı ilə "Yurdumun bahar qızı" adlı Novruz şənliyi keçirilib. Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti başıçısının birinci müavini İsmayıl Yusifzadə və icra hakimiyyətinin məsul şəxsləri, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Vətən müharibəsi qaziləri, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.

Tədbir zamanı sərgilənən çoxəsrlik maddi - mədəni irsimizi, qədim milli adət - ənənələrimizi, milli ruhumuzu özündə əks etdirən əşyalar, milli oyunlar, Ağdaş Folklor ansamblının, Novruzun əsas personajlarından olan kosa və keçəlin əyləncəli çıxışları ilə rənglənən bayram şənliyi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin tədbir boyunca milli və bayram əhval-ruhiyyəli musiqilər səsləndirilib.

Sonra ululuq və ağsaqqalıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini təbrik ediblər.

Sonda odlar yurdu Azərbaycanın rəmzi olan bayram tonqalı Vətən müharibəsi qaziləri tərəfindən alovlandırıb.

 

1.2 MB

 

1.1 MB

 

1.6 MB

 

970 KB

 

1.1 MB

 

1.2 MB

 

910.6 KB

 

1.5 MB

 

1.5 MB

 

1.4 MB