Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Uşaq İncəsənət Festivalı iştirakçıları konsert proqramı ilə çıxış ediblər.

13.06.2025

12 iyun 2025-ci il tarixində Milli Qurtuluş Günü münasibətilə Uşaq İncəsənət Festivalının iştirakçılarının təqdimatında konsert proqramı keçirilib.

Göyçay rayon Heydər Əliyev Mərkəzində reallaşan konsertdə festival iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin Göyçayda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini yad ediblər, mərkəzdə Ümummilli Liderin həyatı və fəaliyyəti ilə tanış olublar.

Bir-birindən maraqlı, rəngarəng proqramla zəngin olan konsert zamanı festival iştirakçıları musiqi, rəqs, səhnə ifaçılığı sahəsində öz bacarıqlarını nümayiş etdiriblər.

Eyni zamanda mərkəzin foyesində festival iştirakçılarının rəsm əsərlərinin nümayiş etdirildiyi sərgi də öz zənginliyi ilə tamaşaçıların rəğbətini qazanıb.