Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət müəssisələrində ”Beynəlxalq Mədəniyyət Günü” qeyd edilib.

15.04.2022

15 aprel 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Göyçay rayon Tarix-Diyarşünaslıq muzeyində “Beynəlxalq Mədəniyyət Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Göyçay şəhər 5 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbirdə Göyçayın fəxri sayılan, mədəniyyət sahəsində böyük xidmətləri olan Arif Məmmədovun həyat və yaradıcılığı haqqında muzeyin elmi işçisi Humay Zülfüqarova ətraflı məlumat verib. Arif Məmmədov tanınmış musiqişünas, tədqiqatçı idi. O,muğamın tarixini, estetik baxımdan kamilliyini gözəl bilirdi. Arif Məmmədov eyni zamanda mükəmməl səs diapazonuna malik olmuşdur. Görkəmli mədəniyyət xadimi kimi Arif Məmmədov onu sevənlərin qəlbində daim yaşayacaqdır.

 

843.8 KB

 

619.3 KB

 

554.8 KB