Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Ağdaş şəhəri
Ağdaş rayonun ərazisi Şirvan düzənliyinin şimal-qərb hissəsini tutur. Ölkənin əsas dəmiryol magistralından biri - biri - Tbilisi dəmiryolu bu rayonun ərazisindən keçir. Yuxarı Şirvan və Baş Şirvan kanalları Ağdaş rayonunun ərazisindən keçir. «Turyançay» qoruğunun əsas hissəsi Əlincə və Turyan çayları əsasında yerləşir. Bu qoruqda quraqlığa davamlı qiymətli ağac növləri, o cümlədən, məşhur Eldar şamı meşələri salınmışdır. Rayon ərazisində salamat qalmış tarixi abidələrə misal olaraq XVIII əsrə aid karvansaranı və rayon mərkəzlərindən şərq tərəfdə 30 km aralıqda, Ərəb və Kükəl kəndləri arsında yerləşən XVIII əsrə aid Surxay qalasının qalıqlarını göstərmək olar. Harada qalmaq olar Yerli əhalinin icarəyə verdiyi münasib şəraitli və rahat evlərdə qalmaq mümkündür. Harada nahar etmək olar «Ağdaş» Tel. 5 25 20 və «Gələrsən - Görərsən» restoranlarında qonaqlar ətirli Azərbaycan çayından içə bilər, ləziz milli xörəklərdən dada bilərlər.