Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Səhiyyə
|

Zərdab

2013-cü ildə rayon əhalisinə 150 çarpayılıq xəstəxana, o cümlədən 105 çarpayılıq Mərkəzi xəstəxana, hər biri 15 çarpayılıq olmaqla 3 kənd sahə xəstəxanası, 11 kənd həkim və 12 kənd tibb məntəqəsi, 1 növbədə 200 nəfər xəstə qəbul edən poliklinika, Gigiyena və Epidemiologiya Mərkəzi tibbi xidmət göstərmiş, tibb müəssisələrində 60 nəfər həkim, o cümlədən kənd tibb müəssisələrində 13 nəfər həkim, 263 nəfər orta tibb işçisi çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı bütün regionlarda olduğu kimi bizim rayonumuzda da bu sahənin inkişafına böyük təkan vermiş, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 2013-cü ilin avqustunda Mərkəzi xəstəxananın əsaslı təmiri işlərinə başlanılmış, il ərzində Mərkəzi Xəstəxanada, Şahhüseynli, Qaravəlli, Kəndəbil kənd həkim məntəqələrində əsaslı və cari təmir işləri aparılmışdır. Mərkəzi Xəstəxananın doğuş palatası, yeni doğulmuşlar palatası, cərrahiyyə şöbəsinin əməliyyat bloku, kənd tibb müəssisələri zəruri tibbi avadanlıq və inventarlarla təmin olunmuş, tibb müəssisələrinin ərzaq, dərman, yanacaq təminatı xeyli yaxşılaşdırılmışdır.
2013-cü ildə rayonda ana ölümü olmamış, 0-1 yaşa qədər uşaq ölümünün sayı Mərkəzi Rayon Xəstəxanası üzrə 6, rayon üzrə 8 nəfər olmuşdur. 2012-ci ildə də bu göstərici Mərkəzi Rayon Xəstəxanası üzrə 6 nəfər olmuşdur.
Mərkəzi Rayon Xəstəxanası üzrə 2013-cü ildə doğuşların sayı 732, 2012-ci ildə 736, doğum şöbəsi üzrə doğuşların sayı 2013-cü ildə 239, 2012-ci ildə 229 nəfər olmuş, evdə doğuş olmamışdır. Ümumilikdə rayon üzrə doğulanların sayı 816 nəfər olmuşdur.
İl ərzində 3 nəfər həkim, 34 nəfər orta tibb işçisi ixtisas artırma kurslarından keçmiş, 6 nəfər həkim sertifikasiya imtahanları vermişdir.
Rayon əhalisinə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə rayon rəhbərliyinin təşəbbüsü ilə görkəmli alimlərin rəhbərliyi ilə Bakı şəhərindən həkim briqadaları rayonumuza gələrək xəstələrin müayinəsi və cərrahi əməliyyatı ilə məşğul olmuşlar. 2013-cü ilin may ayında görkəmli oftalmoloq-alim, professor Çingiz Cərullazadənin rəhbərliyi ilə həkim briqadası rayon Mərkəzi Xəstəxanasında olmuş, 150 nəfər xəstəni müayinə, 36 nəfər xəstəni cərrahi əməliyyat etmiş, onlardan 8 nəfəri əlil və imkansız ailə kateqoriyasına aid olmuşdur. 2013-cü ilin sentyabr ayında görkəmli alim, dünya şöhrətli akademik Cəmin Əliyevin təşəbbüsü ilə Milli Onkologiya Mərkəzinin həkim briqadası rayonumuzda olmuş 1600 nəfər xəstə müayinə olunaraq onlara lazımi müalicə və məsləhətlər təyin edilmişdir.