Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət
|

Zərdab

013-cü ildə rayonda 68 mədəni-maarif müəssisəsi, o cümlədən 21 mədəniyyət evi, 2 klub, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərkibində Mərkəzi kitabxana və 40 kitabxana filialı, 2 muzey, 1 Heydər Əliyev Mərkəzi və Uşaq incəsənət məktəbi əhaliyə mədəni xidmət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı ilə bağlı imzalanan sərəncam və Dövlət Proqramları, Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin və incəsənətimizin dünyaya tanıdılması, milli mətbəximizin və musiqimizin, xüsusən də muğamlarımızın inkişafı istiqamətində həyata keçirdiyi layihələr bütün regionlarda olduğu kimi rayonumuzda da mədəni-maarif işçilərinin məsuliyyətini daha da artırmış, bu sahədə aparılan işləri xeyli gücləndirmişdir. Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 90 illik yubileylərinə həsr olunmuş müxtəlif mədəni-kütləvi tədbirlər keçirilmiş, əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün vaxtaşırı olaraq Heydər Əliyev parkında böyük konsert proqramları və diskotekalar təşkil edilmiş, milli bayram və tarixi günlərdə geniş konsert proqramları hazırlanıb əhaliyə təqdim edilmiş, kənd əhalisinə mədəni xidməti yaxşılaşdırmaq məqsədilə rayonun kəndlərində yerli musiqi kollektivlərinin çıxışları təşkil olunmuşdur.
Vaxtaşırı olaraq rayon rəhbərliyinin təşəbbüsü ilə respublikamızın incəsənət ustalarının rayon əhalisi qarşısında çıxışları təşkil edilmişdir. 2013-cü ildə respublikamızda milli adət-ənənələrimizə uyğun olaraq Novruz şənliklərinə ilk olaraq bizim rayonumuzda start verilmiş və bu münasibətlə keçirilən tədbirlər Azərbaycan Televiziyası və Mədəniyyət kanalı vasitəsilə yayımlanmış, şənliklərdə Respublikanın xalq artisti Ramiz Quliyev və digər görkəmli incəsənət ustaları və gənc ifaçılar iştirak etmişlər. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı akademiklər Vasif Məmmədəliyevin, Teymur Bünyatovun, professor Çingiz Cərullazadənin, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisinin iştirakı ilə Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirilmiş, "Kitab bayramı" və böyük konsert proqramı təşkil edilmişdir.
İl ərzində 2 dəfə rayonun istedadlı uşaq və gəncləri ilə Rayon İcra Hakimiyyətində keçirilən görüşlər, bu görüşlərdə istedadlı uşaqların diplom, Fəxri Fərman və müxtəlif xatirə hədiyyələri ilə mükafatlandırılmaları rayonumuzda istedadlı uşaqların sıralarının daha da genişləndirilməsinə şərait yaratmışdır.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə "İstedadlar sorağında-2013" devizi altında rayon bədii özfəaliyyət kollektivlərinə 3 turdan ibarət baxış müsabiqə keçirilmiş, müsabiqədə 700 nəfərə yaxın uşaq və gənc istedadlarını nümayiş etdirmiş, 1-3 yerləri tutmuş müxtəlif nominasiyalar üzrə 30 nəfər qalibin mükafatlandırılması və rayon ictimaiyyəti qarşısında konsert proqramı ilə çıxış etmələri təşkil edilmişdir. Rayonun Çallı kənd sakini Eltac İbrahimov "Lider" televiziyasının keçirdiyi "Milli səs" müsabiqəsində fəal iştirak edərək 2-ci yer tutmuş, Pərvanlı kənd sakini Ülvi Paşazadə isə hazırda ANS televiziyasının keçirdiyi "Xalqın artisti" müsabiqəsində iştirak edir.
2013-cü ildə Respublika Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görünüşünün qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər Planı"nın icrası istiqamətində rayonda müəyyən işlər görülmüş, rayon ərazisində olan 52 abidənin vəziyyəti araşdırılaraq zəruri olan yerlərdə onların ətrafının abadlaşdırılması və mühafizəsi ilə bağlı lazımi tədbirlər görülmüşdür. Ümummilli lider Heydər Əliyevin, görkəmli maarifpərvər, milli mətbuatımızın və teatrımızın banisi H.B.Zərdabinin, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidələrinin, 1941-1945-ci illər müharibəsində həlak olmuş zərdablıların xatirəsinə ucaldılmış memorial kompleksin, Azərbaycanın müstəqilliyi uğrunda Qarabağ döyüşlərində şəhid olmuş zərdablıların və Soyqırımı qurbanlarının xatirəsinə salınmış Şəhidlərin xatirə parkında ucaldılan abidə komplekslərinin ətrafında xeyli abadlıq və təmir-bərpa işləri aparılmışdır.
Hesabat ilində rayonda Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi və Zərdabi muzeyləri fəaliyyət göstərmiş, muzeylərin fəaliyyəti Respublika Prezidentinin 27 may 2009-cu il tarixli 292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmiri, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər Planı"nın tələblərinə uyğun qurulmuşdur. "Həsən Bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında" Respublika Prezidentinin 19 iyul 2012-ci il tarixli Sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinə ayrılmış 300 min (üç yüz) manat vəsait hesabına muzeyin əsaslı təmiri və bədii tərtibat işləri başa çatdırılmışdır.
Hesabat ilində "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" Respublika Prezidentinin 20 aprel 2007-ci il tarixli Sərəncamının və "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın rayonda icrası istiqamətində xeyli iş görülmüşdür.
Mərkəzi kitabxana Avtomatlaşdırılmış idarəetmə sisteminə keçmiş, bu müddətdə latın qrafikası ilə çap olunmuş 1322 adda 46144 nüsxə, retro kitabları bazasında 1571 adda 72936 nüsxə kiril qrafikası ilə çap olunmuş ədəbiyyat elektron kataloqa köçürülmüşdür. 2013-cü ildə Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 3680 nüsxə kitab daxil olmuşdur ki, onlardan 73 adda 424 ədədi elektron kitab (disk), 3256 nüsxəsi isə bədii ədəbiyyat olmuşdur. Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə 37 kompüter fəaliyyət göstərir ki, onlardan 20-si Mərkəzi Kitabxanada, 17-si isə kənd kitabxana filiallarındadır.
Hesabat ilində rayonda 1 Uşaq İncəsənət məktəbi fəaliyyət göstərmiş, orada 92 nəfər işçi, o cümlədən 82 nəfər müəllim işləmişdir. Məktəbdə 8 ixtisas üzrə 343 nəfər təhsil alır, 2013-cü ildə 66 nəfər şagird məktəbi bitirmiş, 65 nəfər şagird məktəbə yeni qəbul olunmuşdur.