Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət
|

Kürdəmir

            Dövr ərzində mədəni – maarif müəssisələrində müxtəlif səpkili mədəni – kütləvi tədbirlər hazırlanaraq rayon əhalisinə mədəni xidmət göstərilmişdir. Məktəblilərin qış tətili günlərində rayonun bir sıra məktəblərində Yeni il şənlikləri, klub müəssisələrində stolüstü oyunlar üzrə yarışlar təşkil edilmiş, qaliblərə hədiyyələr verilmişdir.

            2017–ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının  rəhbərinin Sərəncamına uyğun olaraq Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin 20 yanvar - Ümumxalq Hüzn gününün 27–ci ildönümünə həsr  edilmiş  tədbirlər  planı  hazırlanmış  və  mədəni – maarif müəssisələri  tərəfindən  icra edilmişdir.  Müəssisələrdə “Qanlı  və  şanlı  tariximiz” devizi  ilə silsilə tədbirlər təşkil olunmuşdur. Kürdəmir Dövlət  Rəsm Qalereyasında “Yaddaşlarda  qalan  20  yanvar” adlı rəsm sərgisi, klub müəssisələrində və kitabxanalarda guşələr, kitab, foto və rəsm sərgiləri, kitab müzakirələri, ədəbi – bədii gecələr və kompozisiyalar, görüşlər, dəyirmi masalar, yığıncaqlar, rayon Tarix – diyarşünaslıq muzeyində “Bakı – 1990 – cı  il” adlı guşə, Heydər Əliyev Mərkəzində “20 yanvar faciəsi xalqımızın qan yaddaşıdır” adlı  dəyirmi masa və səyyar rəsm sərgisi, 20 Yanvar Bağında 20 yanvar hadisələrinin iyirmi yeddinci ildönümünə həsr edilmiş ümumrayon tədbiri təşkil edilmişdir. Rayon Mədəniyyət Mərkəzi və Uşaq İncəsənət məktəbi tədbirlərin musiqi tərtibatını həyata keçirmişlər.

            Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən 2 fevral – Gənclər gününə həsr edilmiş tədbirlər planı hazırlanmış və nəzərdə tutulan tədbirlər həyata keçirilmişdir. Kürdəmir rayon MKS – də gənclərlə görüş təşkil olunmuş, gənc yazarların əsərlərindən ibarət kitab sərgiləri, guşələr və məlumatlar, klub müəssisələrində gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün stolüstü və idman oyunlarının və yarışlarının təşkili, guşələr, yığıncaqlar, Heydər Əliyev Mərkəzində  “Heydər Əliyev Azərbaycan gəncliyinin himayədarı və qayğıkeşi ” adlı dəyirmi masa, Tarix – Diyarşünaslıq Muzeyində “Gəncliyin yolu gələcəyədir” adlı guşə, Rəsm Qalereyasında  gənc rəssamların əl işlərindən ibarət sərgi və s. tədbirlər hazırlanmışdır. N.Nərimanov adına rayon Mədəniyyət Mərkəzinin və rayon Uşaq İncəsənət məktəbinin ansambllarının  birgə  hazırladıqları konsert proqramları tamaşaçılar tərəfindən maraqla  qarşılanmışdır.

            Fevral ayında əməkdar incəsənət xadimi, yazıçı Əzimzadə Yusif Əhmədulla oğlunun anadan olmasının 100 illiyi münasibətilə kitabxana və klub müəssisələrində kitab sərgiləri, ədəbi – bədii gecələr və kompozisiyalar təşkil olunmuşdur.

            2 aprel döyüşlərində qəhrəmancasına həlak olmuş “Azərbaycan Bayrağı” ordenli həmyerlimiz Şəhid İsmayılov Əbubəkr Vüqar oğlunun anadan olmasının 27- ci ildönümü ilə bağlı 10 fevral 2017- ci il tarixində şəhidin “Xatirə lövhəsi ” qarşısında anım tədbiri keçirilmişdir. Tədbirdə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları və   mədəni - maarif müəssisələrinin işçiləri iştirak etmişlər.

            21 fevral – Beynəlxalq Ana dili Günü münasibətilə klub müəssisələrində ənənəvi şeir müsabiqələri keçirilmiş, qaliblərə  diplomlar  verilmişdir.   21 fevral 2017–ci il tarixdə Kürdəmir rayon N. Nərimanov adına Mədəniyyət Mərkəzi  MKS–nin uşaq şöbəsində  Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir keçirmişdir.  Tədbiridə  Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən və bu günə kimi keçdiyi inkişaf yolundan söhbət açılmış, həmçinin başqa əcnəbi dillər haqqında maraqlı faktlar söylənilmişdir. Tədbirin sonunda şəhər 3 və 4 saylı  məktəbin şagirdləri azərbaycan, rus və ingilis dillərində  biri – birindən maraqlı şeirlər söyləmişlər.

            Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində tədbirlər planı hazırlanmış və mədəni-maarif müəssisələri tərəfindən icra olunmuşdur.

            Bütün mədəni-maarif müəssələrində Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş “Xocalıya ədalət ” devizi ilə silsilə tədbirlər keçirilmişdir.

            Kürdəmir rayon MKS-də və filiallarında “Xocalı soyqırımı - əsrin faciəsi” devizi ilə kitab sərgisi, kitab müzakirələri, oxucu konfransları, dəyirmi masalar, guşələr, rayon Mədəniyyət Mərkəzində və filiallarında  “Xocalı harayı və Xocalı həqiqətləri” devizi ilə dəyirmi masalar, guşələr,foto və rəsm sərgiləri, ədəbi – bədii kompozisiyalar, təqdim olunmuş, bütün təşkilatlarda yığıncaqlar keçirilmişdir. Kürdəmir Dövlət Rəsm Qalereyasında “Xocalı faciəsi uşaqların gözü ilə” adlı rəsm sərgisi nümayiş etdirilmişdir. Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm və toxuculuq dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgi,  Kürdəmir rayon Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupunun təşkilatçılığı ilə “Xocalı qan yaddaşımız” adlı kitab sərgisi , Tarix – Diyarşünaslıq Muzeyində “Xocalı faciəsi XX əsrin qanlı faciəsidir” adlı guşə  və s. tədbirlər təşkil olunmuşdur. 

            Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsinə uyğun oaraq rayonda “Xocalı. Matəm. Ekran” sənədli filmlər günləri keçirilmişdir. Həmin günlərdə nazirliyin  sifarişi ilə çəkilmiş “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən, Xocalıda həlak olan qəhrəmanlara həsr olunan “Azərbaycanlı olmaq böyük şərəfdir”, “Xocalının Zamini”, “Mən Xocalını tərk etməyəcəm”, “Qəhrəmanlığa gedən yol” filmlərinin Kürdəmir rayon Mədəniyyət Mərkəzində və filiallarda, MKS və filiallarda, Heydər Əliyev Mərkəzində, rayon və kəndlərin orta ümumtəhsil məktəblərində nümayişi təşkil olunmuşdur.         

25 fevral 2017–ci il tarixdə Heydər Əliyev Mərkəzində  Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş ümumrayon tədbiri yüksək səviyyədə qeyd edilmişdir.

            Tədbirdən əvvəl Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı cənab C.F.Cəfərov və onu müşaiyət edən rayon ictimaiyyətinin nümayəndələri, rayon ağsaqqalları, ziyalılar, müharibə veteranları və Xocalı şəhərindən olan məcburi köçkünlər  tarixi faciəyə həsr olunmuş  rəsm və kitab sərgilərinə tamaşa etmişlər.

            Tədbirdə Xocalı soyqırımına həsr olunmuş kompozisiya nümayiş olunmuş, faciənin tarixinə həsr olunmuş sənədli xronika təqdim edilmişdir. Tədbir iştirakçısı olan Xocalı sakinləri çıxış etmişlər.          

            Fevral ayında rayon əhalisinə ermənilərin Bakıda azərbaycanlılara qarşı soyqırım törədilməsi (06-07.02.1905) tarixi, Xocavənd  rayonunun Qaradağlı kəndinin ermənilər tərəfindən işğalı günü və Azərbaycan Hərbi Hava Qüvvələri günü haqqında məlumatlar verilmiş, müzakirələr keçirilmişdir.

            Mart ayı əlamətdar və bayram günləri ilə zəngin olmuşdur. Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən 8 mart – Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 31 mart – Azərbaycanlıların Soyqırımı günü və digər tarixi günlərlə  bağlı hazırlanmış tədbirlər planı mədəni – maarif müəssisələri tərəfindən icra edilmişdir.

             Bütün müəssisələrdə 1 mart – Ümumdünya Mülki Müdafiə gününə həsr edilmiş guşələr hazırlanmış, mühazirələr, kitab sərgiləri, söhbətlər və məlumatlar təşkil edilmişdir. Müəssisələrdə Azərbaycan Respublikasının BMT – yə qəbul edilməsinin ildönümü ilə bağlı məlumat lövhələri hazırlanmış, söhbətlər, mühazirələr, müzakirələr keçirilmiş, guşə  və əyani vəsaitlər nümayiş etdirilmişdir.

            8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar rayonun mədəni - maarif müəssisələrində “Adın şərəflidir sənin,ey qadın“ devizi ilə silsilə  tədbirlər keçirilmişdir.

            Kürdəmir rayon MKS-də və filiallarında “Qadın yazarlarımız” adlı kitab sərgisi, kitab müzakirələri, oxucu konfransları, dəyirmi masalar, guşələr, rayon Mədəniyyət Mərkəzində və filiallarında  “Qadın dünyası” adlı silsilə tədbirlər keçirilmişdir. Guşələr, foto stendlər, “Qadınların cəmiyyətdə və ailədə yeri” adlı müxtəlif ədəbi – bədii kompozisiyalar, şeir müsabiqələri  təqdim olunmuş, yığıncaqlar keçirilmişdir. Kürdəmir Dövlət Rəsm Qalereyasında həvəskar rəssamların Qadınlar gününə həsr edilmiş rəsm müsabiqəsi nümayiş etdirilmişdir. Heydər Əliyev Mərkəzində “Rayonumuzun həyatında qadınların yeri” adlı dəyirmi masa təşkil edilmişdir.

Martın 7-də rayonun  “Kürdəmir”  şadlıq  sarayında  8 mart - Beynəlxalq Qadınlar Günü mü-nasibətilə  Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayonumuzun müxtəlif sahələrində çalışan qadınların, eləcə də  rayonda  yaşayan ağbirçəklərin iştirakı ilə bayram tədbiri keçirilmişdir. Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı adından bir qrup qadına,o cümlədən, rayon Mədəniyyət Mərkəzinin direktoru S.Həsənovaya rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə  Fəxri Fərmanlar təqdim edildmişdir.

Mərasimdə anaların, qadınların şərəfinə şeirlər, mahnılar səsləndi. Rayon Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən ansamblların  və müğənnilərin rəngarəng konsert proqramı qadınların məclisini daha da rövnəqləndirdi. Mərasim iştirakçıları ölkəmizdə qadınlara göstərdikləri yüksək diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

           Klub və kitabxana müəssisələrində Qızıl Aypara, Milli və Beynəlxalq Teatr günləri haqqında əhaliyə məlumatlar verilmiş, guşələr hazırlanmışdır. Novruz bayramına  hazırlıq işləri görülmüş, klub müəssisələrində od, su, torpaq və yel çərşənbələri ilə bağlı tədbirlər keçirilmiş, qədim adət - ənənələr, xalq oyunları və mərasimləri  haqqında məlumatlar verilmişdir.

          Beynəlxalq Novruz Günü də rayonda geniş qeyd olunmuşdur. Novruz adətlərinə uyğun olaraq xüsusi hazırlıq işləri görülmüş, rayonun bir sıra  kəndlərində və rayon mərkəzində  bayramın müjdəçisi olan çərşənbələr qeyd olunmuş, konsertlər verilmişdir.

          Novruz  bayramı tədbirlərinin hazırlanıb keçirilməsində klub müəssisələri kənd  icra nümayəndəlikləri, yerli bələdiyyələr və məktəblərlə birlikdə çalışmışlar.

                   Novruz bayramı ilə bağlı çoxsaylı tədbirlərin yekunu olaraq rayonun Bayraq Meydanında mart ayının  17 – də teatrlaşdırılmış ümumrayon tədbiri  keçirilmişdir. Tədbir çərçivəsində milli adət - ənələrimizi əks etdirən səhnələr, milli idman növləri, milli oyunlar, pəhləvan və kəndirbazların çıxışları və qədim sənətkarlıq nümunələri nümayiş olunmuşdur. Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı cənab Ceyhun Cəfərov tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etmişdir. Yüksək səviyyədə təşkil olunan tədbir tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.Tədbirdə Füzuli rayonunun musiqi məktəblərinin kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

                   Mart ayının 20 – də “N” saylı hərbi hissədə ənənəvi olaraq əsgər valideynləri üçün “Açıq qapı” günü elan edilmişdir. Əsgərlərlə görüşdə hərbi-hamilik koordinasiya şurasının iş planına uygun olaraq Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin işçiləri də iştirak etmişlər. Rayon Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət Məktəbinin musiqi kollektivləri rəngarəng  proqramla çıxış etmiş və əsgərlərə bayram sovqatı paylamışlar.

                    31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə bağlı idarənin təsdiq etdiyi tədbirlər planı müəssisələr tərəfindən icra edilmiş, guşələr, kitab və foto sərgiləri, məlumat lövhələri, müzakirələr, məruzələr, yığıncaqlar və dəyirmi masalar təşkil olunmuşdur.

           Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri keçirilmiş, kitab sərgisi nümayiş etdirilmişdir. Tədbirdə Azərbaycan xalqının tarixində yaşanan soyqırımı tarixi geniş müzakirə edilmiş, soyqırımı tarixini əks etdirən foto, kino və digər tarixi sənədlər nümayiş etdirilmişdir.         

           Aprel ayında Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal olunmasının  24 – cü  ildönümü ilə  bağlı Heydər Əliyev Mərkəzində “Kəlbəcər Azərbaycanın ayrılmaz torpağıdır”  adlı mühazirə, uşaq incəsənət məktəbində yığıncaq, klub və kitabxana müəssisələrində guşələr, stendlər, kitab sərgiləri, məlumatlar və sair tədbirlər təşkil edilmişdir.

           Rayonda vətənpərvərlik mövzusunda tədbirlərin təşkili istiqamətində işlər davam etdirilmişdir. Bu istiqamətdə yaddaqalan tədbirlərdən hesab edilən və aprel şəhidi “Azərbaycan Bayrağı” ordenli, hərbi pilor, mayor Təbriz Musazadə adına mədəniyyət və incəsənət mərkəzinin təşkilatçılığı ilə həyata keçirilmişdir.

           Heydər Əliyev Mərkəzində aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş bu ümumrayon tədbiri rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır. Tədbirdə aprel döyüşlərinin qəhrəmanı, “Azərbaycan Bayrağı” ordenli hərbi pilot Əbu Bəkr İsmayılovun həyat və fəaliyyətindən bəhs edən “Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı olmuşdur. Kitabın müəllifi f.e.n. Yaqut Bahadurqızı kitabın bədii məziyyətləri haqqında ətraflı məlumat vermişdir. Tədbirin aparıcısı akademik Rafael Hüseynov aprel döyüşlərinin tarixi əhəmiyyətindən, vətənpərvərlik sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti haqqında danışmış, “Hay ver mənə, cənab leytenant” kitabının gənc nəsil üçün həyat dərsliyi ola biləcəyinə əminliyini bildirmişdir. Tədbirin sonunda Kürdəmir RİH-nin Başçısı cənab C.Cəfərov çıxış etmişdir.

           03 aprel 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində aprel döyüşlərinin ildönümünə həsr edilmiş “Qəhrəmanlıq tarixini yazanlar” adlı dəyirmi masa keçirilmişdir. Masa iştirakçıları aprel şəhidi Azərbaycan Bayrağı Ordenli Əbu Bəkr İsmayılovun həyat yolundan bəhs edən filmi izlədilər.

           Klub müəssisələrində Ümumdünya Gülüş gününə həsr edilmiş ənənəvi “Ən yaxşı lətifə söyləmək” adlı müsabiqələr, Ümumdünya Sağlamlıq günü, Ümumdünya Hemofliya günü, Tarixi Abidələrin Mühafizəsi günü münasibətilə maarifləndirici  məlumatlar, guşələr, foto montajlar təşkil edilmişdir.

          14 aprel 2017- ci il tarixdə “Qələbə parkı”nda Beynəlxalq Mədəniyyət gününə həsr olunmuş “Bahar naxışları” adlı rəsm sərgisi təşkil olunmuşdur.  Sərgidə rayon Mədəniyyət  Mərkəzində fəaliyyət göstərən uşaq “Palitra” rəsm dərnəyinin üzvlərinin əl işləri sərgilənmişdir. Sərgi tədbir iştirakçılarının marağına səbəb olmuşdur.

          Azərbaycan  Respublikası Prezidentinin  2017 – ci ili “İslam Həmrəyliyi ili” elan etməsi ilə əlaqədar idarənin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planı əsasında mədəni – maarif müəssisələrində məlumat guşələri hazırlanmış, kütləvi – informasiya vasitələrində çap olunmuş materiallar, internet saytlarından əldə olunmuş məlumatlar guşələrdə yerləşdirilmişdir.  “İslam Həmrəyliyi ili” ilə  bağlı ölkəmizdə və rayonumuzda maarifləndirmə işlərinin aparılması diqqətdə saxlanılmış, bütün tabe müəssisələrdə silsilə tədbirlər həyata keçirilir və ilboyu davam etdiriləcəkdir.

          21 aprel 2017- ci il tarixdəKürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin  rəhbərliyinin iştirakı ilə  rayon Mədəniyyət Mərkəzi Qarabucaq qəsəbə Diyarşünaslıq evində “ Var olsun, həmrəyliyimiz” adlı tədbir keçirdi. Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda mahnı,şeir, birlik, həmrəylik rəmzi olan “Yallı” rəqsi səsləndi.

          Rayonun mədəni-maarif müəssisələrində oftolmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 94 – cü ildönümü ilə bağlı silsilə tədbirlər təşkil edilmişdir.

          26 aprel 2017 - ci il tarixində Kürdəmir rayon “Qələbə” parkında 29 Aprel - Beynəlxalq Rəqs Gününə həsr olunmuş Fləşmob keçirilmişdir. Kürdəmir şəhər məktəblərinin şagirdləri milli , özbək, hind, ispan və ləzgi xalqlarına məxsus rəqslər ifa etmişlər. Uşaqların bir - birindən maraqlı çıxışları tamaşaçıların böyük marağına səbəb olmuşdur.

          May ayı  əlamətdar tarixi günlər, yubileylər, bayramlar və hadisələrlə zəngin olmuşdur. Bütün mədəni – maarif müəssisələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 – cü  ildönümünə həsr edilmiş müxtəlif səpkili mədəni – kütləvi tədbirlər keçirilmişdir.

          Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən  Ümummilli Lider Heydər Əliyevin  anadan olmasının 94–cü ildönümünə həsr edilmiş “Mədəniyyət  ongünlüyü”nün  tədbirlər planı hazırlanmış və icrası təmin edilmişdir. 

          Tədbirlər planına əsasən bütün müəssisələrdə guşələr, kitab, foto və rəsm sərgiləri, bədii proqramlar və sair tədbirlər təşkil edilmişdir.

          Klub müəssisələri hər il  keçirilən “İstedad” baxış – müsabiqəsində yaxından iştirak etmiş, münsiflər heyəti tərəfindən qaliblər seçilmiş və mükafatlandırılmışdır. Kitabxanalarda kitab sərgiləri, kitab bayramları, muzey tipli müəssisələrdə dəyirmi masalar, ekskursiyalar, Uşaq İncəsənət məktəbində və parklarda konsertlər təşkil edilmişdir.

          7 may 2017-ci il tarixində Kürdəmir RİH və ATV telekanalının birgə layihəsi ilə təşkil olunmuş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həst olunmuş konsertdə mədəniyyət işçiləri fəal iştirak etmişlər.

          Rayonun bütün mədəni – maarif müəssisələrində Şuşa rayonunun işğalı gününə həsr edilmiş anım tədbirləri keçirilmiş, Şuşanın işğalını əks etdirən guşələr, kitab sərgiləri, məlumat  lövhələri , dəyirmi masalar təşkil edilmişdir. İşğal altında qalan bütün torpaqlarımızın azad olunacağı, Şuşanın, Kəlbəcərin, Laçının, Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın və digər Azərbaycan torpaqlarının düşmən  əsarətindən qurtulacağına  inam ifadə olunmuşdur.

          9 may - Faşizm üzərində Qələbə günü ilə bağlı rayonun “Qələbə” parkında ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Kürdəmir RİH – nin Başçısı cənab C.Cəfərov iştirak etmiş, müharibə veteranlarını qələbə günü münasibətilə təbrik etmiş və onlara hədiyyələr təqdim olunmuşdur.

          Mayın 10 – da rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr olunmuş anım mərasimində mədəniyyət işçiləri fəal iştirak etmiş, tədbir boyu Heydər Əliyevə  həsr edilmiş musiqilər səsləndirilmişdir. Tədbirin sonunda bütün mədəni–maarif müəssisələri iməcilik təşkil etmiş, parklarda abadlıq işləri görülmüşdür.

         10 may 2017- ci il  tarixdə N.Nərimanov adına rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayonun “Qələbə” parkında ”Bu günümüzün ilməsi - keçmişin tarixi” rubrikası altında rayonun məşhur Şilyan xalçalarının sərgisi təşkil olunmuşdur. Kürdəmir rayonunda fəaliyyət göstərən muğam sənətinin kamil biliciləri və ifaçıları yerə sərilmiş kilim və gəbələr üzərində özünəməxsus qədimliyi əks etdirən döşək və mütəkkələr üzərində  əyləşərək  muğamlar ifa etmiş, qəzəllər söylənmişdir. Bundan əlavə Kürdəmir rayonunda biçmə - tikmə , toxuculuq, təkəlduz sənətkarlarının sənət nümunələri , kitab sərgiləri nümayiş etdirilmişdir.

          Rayon Mədəniyyət Mərkəzində 11 may 2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalının seçim mərhələsi keçirilmişdir.Xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının səmərəli təşkilində rolunun artırılması festivalın əsas məqsədi olmuşdur. Seçim mərhələsində iştirak edən xalq teatrlarına baxılması, onların sırasından müvafiq olanların Bakı şəhərinə dəvət edilməsi məqsədilə nazirliyin əməkdaşları və teatr xadimlərindən ibarət münsiflər heyəti iştirak etmişdir.  

          Rayon əhalisinə Beynəlxalq Ailə günü, Ümumdünya İnformasiya günü və Beynəlxalq muzeylər günü haqqında maarifləndirici məlumatlar verilmiş, əlamətdar günlər haqqında  informasiyalar  çatdırılmışdır.

          18 may – Beynəlxalq Muzeylər günü rayonda geniş qeyd olunmuşdur. Muzey tipli müəssisələrdə “Açıq qapı” günləri keçirilmiş, nəticələri barədə nazirliyə ətraflı məlumat verilmişdir.

           28 may – Respublika günü ilə bağlı Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən hazırlanmış tədbirlər planı bütün mədəni – maarif müəssisələrini əhatə etmişdir.

         Respublika günü ilə əlaqədar rayon Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə özfəaliyyət kollektivləri  bir- birindən maraqlı çıxışlar etmişlər.  “Yaşa, var ol, Azərbaycan!” devizi ilə keçirilən ədəbi – bədii proqramlar, mədəni – kütləvi tədbirlər əhali  tərəfindən maraqla qarşılanmış, əsl bayram əhvalı yaşanmışdır.

          İyun ayının 1 – də Beynəlxalq Uşaqları Müdafiə günü ilə bağlı mədəni – maarif müəssisələrində guşələr, stendlər, foto və rəsm sərgiləri, əyləncəli tədbirlər, konsertlər və müsabiqələr təşkil edilmiş, uşaqların və valideynlərin tədbir iştirakçısına çevrilməsi daha maraqlı olmuşdur.

          6 iyun 2017 – ci il tarixdə Kürdəmir rayon şəhər 4 saylı tam orta məktəbdə Rayon Mədəniyyət  Mərkəzinin təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi ilə əlaqədar  “Sabir dünyası” adlı tədbir keçirilmişdir.

          14 iyun 2017- ci il tarixdə “Qələbə” parkında 15 iyun – Milli  Qurtuluş gününə həsr  edilmiş musiqili  bayram tədbiri keçirilmişdir

         Tədbirin bədii hissəsində rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayonun tanınmış incəsənət ustaları və gənc istedadlar şən mahnılarla çıxış etdilər.

          26 iyun - Milli Silahlı Qüvvələr Günü münasibəti ilə “N” saylı hərbi hissədə “Salam əsgər” adlı tədbir təşkil olunmuşdur. Tədbirin bədii hissəsində rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayonun incəsənət ustaları şən mahnılarla çıxış etdilər. Yeni yaradılmış teatr dərnəyinin üzvlərinin hazırladığı səhnəciklər tədbir iştirakçılarında xoş təəssürat yaratdı.

          İyun ayında klub müəssisələrində, kitabxanalarda, Heydər Əliyev Mərkəzində, rəsm qalereyasında, uşaq incəsənət məktəbində və parklarda 15 iyun – Milli Qurtuluş günü və 26 iyun – Silahlı Qüvvələr günü  ilə bağlı müxtəlif səpkili mədəni – kütləvi tədbirlər həyata keçirilmişdir.  Ay  ərzində olan  əlamətdar günlər və bayramlar – Azərbaycanda Mülki Aviasiya İşçilərinin Peşə bayramı, Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü, Beynəlxalq  Qan Donoru günü, İnsan hüquqları günü, Dövlət Qulluqçularının peşə bayramı, Beynəlxalq Olimpiya günü və Narkomaniya ilə bağlı beynəlxalq  mübarizə günü ilə əlaqədar guşələr hazırlanmış, maarifləndirici məlumatların verilməsi təşkil edilmişdir. Rayonun Gənclər evində ümumrayon tədbiri keçirilmişdir.

          İyul  ayında  əlamətdar, tarixi günlərə və yubileylərə həsr edilmiş bir sıra mədəni – kütləvi tədbirlər təşkil edilmişdir. Klub müəssisələrində Azərbaycan Polisi günü, Ağdam rayonunun işğalı günü, Milli Mətbuat günü ilə əlaqədar guşələr, sərgilər və dəyirmi masalar təşkil edilmişdir. Festival çərçivəsində xalq yaradıcılığı nümunələrinin sərgisi və konsert proqramı təşkil olunub Festival çərçivəsində xalq yaradıcılığı nümunələrinin sərgisi və konsert proqramı təşkil olunub.

          İyulun 15-də Xaçmazda şəhərində təşkil olunan II Beynəlxalq dolma festivalına 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirakçı qatılmışdır.

          Festivalda sərgilənən dolma növlərinə baxış keçirilib. Qonaqlar təqdim olunan dolma növləri haqqında ətraflı məlumat alaraq, ləziz təamın dadına baxıblar. Festival çərçivəsində xalq yaradıcılığı nümunələrinin sərgisi və konsert proqramı təşkil olunub

          Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə  festivalda yaxından iştirak etmiş,rayonu layiqincə təmsil edərək ən müasir dolma nominasiyası üzrə III yerə layiq görülmüşdür.  

          01 avqust  - Azərbaycan Əlifbası və Azərbaycan dili günü münasibətilə müəssisələrdə guşələr və stendlər hazırlanmış, maarifləndirici məlumatlar verilmiş, kitabxanalarda kitab sərgiləri, videoçarxlar, klub müəssisələrində ədəbi – bədii proqramlar, kompozisiyalar və viktorinalar, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Azərbaycan Əlifbasının və Azərbaycan dilinin ən böyük qayğıkeşi idi” adlı dəyirmi masa keçirilmişdir.

          26 avqust 2017 – ci il tarixində Qəbələ şəhərində V Qəbələ Beynəlxalq mürəbbə festivalı keçirilmişdir. Festivalda 22 ölkənin və respublikanın 44 rayonunun nümayəndələri təmsil olunmuşlar. Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsininin təşkilatçılığı ilə  V Qəbələ Beynəlxalq Mürəbbə Festivalında nümayəndə heyəti ilə iştirak etmişdir. Rayon festivalda 29 növ mürəbbə nümayiş etdirmişdir.

           Festivalın yekununa görə Kürdəmir rayonu Beynəlxalq Mürəbbə Festivalının ən fəal rayonu kim I yer üçün təsis edilmiş qızıl Diplom və medalla təltif olunmuşdur. Rayon I yer üçün nəzərdə tutulmuş xüsusi kubokla mükafatlandırılmışdır.

           Bütün mədəni – maarif müəssisələrində Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğal günləri ilə bağlı guşələr, fotostendlər hazırlanmış, həmin rayonlardan rayonumuzda məskunlaşan vətəndaşlarla birlikdə anım tədbirləri təşkil  olunmuşdur.

           Kürdəmir rayonunda turizmin inkişafına dəstək məqsədilə Mədəniyyət Mərkəzi və filialları Heydər Əliyev  adına Mədəniyyət və İstirahət parkında, “Gənc Heydərçilər” parkında, “Qələbə” parkında, “Ulusu” sanatoriyasında təşkil etdiyi yay istirahət konsertləri, sərgilər, rayonda yaşayan sənətkarların əl işlərindən ibarət dekorativ tətbiqi sənət nümunələrinin sərgiləri əhali tərəfindən maraqla qarşılanmışdır.

            Rayonda əhalinin asudə vaxtının təşkili və istirahətinin təmin olunması istiqamətində fəaliyyət göstərən parklar rayon sakinlərinin istirahət məkanına çevrilmişdir.

           Nəriman Nərimanov adına rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən təşviqat briqadaları və ansamblları rayonda təşkil olunan bütün mədəni - kütləvi tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmişlər. Rayonda keçirilən bütün tədbirlərin musiqi tərtibatı işləri rayon Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmişdir.

          Sentyabr ayının  2-də  Qurban Bayramı münasibəti ilə “N” saylı hərbi hissədə Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert proqramı və müxtəlif tamaşalardan səhnəciklər nümayiş etdirilmişdir.

           15 sentyabr - Bilik günü ilə bağlı rayon məktəblərində təşkil edilən tədbirlərin bədii hissələrinin hazırlanmasında klub müəssisələri yaxından iştirak etmışdir.

           15 sentyabr 2017 – ci il tarixində Kürdəmir  rayon  N. Nərimanov adına Mədəniyyət Mərkəzində kino mövsümünün təntənəli açılışı mərasimi keçirilmişdir.  Tədbirdə bütün mədəni –maarif  müəssisələri iştirak etmişdir.

           Açılış mərasimini giriş sözü ilə Kürdəmir  Regional  Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vaqif Alıyev açaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin  “Milli kinonun inkişafına dair” 08 avqust 2017 – ci il  tarixli  186 nömrəli əmrinin əhəmiyyətindən danışmış, kino işçilərini və kinosevərləri  kino mövsümünün açılışı münasibəti ilə  təbrik etmişdir.

           Azərbaycan  Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşı Elşad Əliyev çıxış edərək milli  kino  sənətinin tarixi əhəmiyyətindən, söhbət açmış, “Azərbaycan kinosunun 2008 – 2018 – ci illər üzrə  inkişafına dair Dövlət Proqramı” na  uyğun  olaraq ölkədə kino işinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən  tədbirlər haqqında ətraflı məlumat verilmişdir.

           Tədbirdə “Dolu” bədii filmi nümayiş etdirilmişdir. Film tamaşaçılar tərəfindən anşlaqla qarşılanmışdır.

           18 sentyabr - Milli Musiqi günü ilə əlaqədar rayonun kitabxana və klub müəssisələrində, rayon uşaq incəsənət məktəbində, rayonun parklarında müxtəlif mədəni - kütləvi tədbirlər təşkil edilmişdir.

           Kürdəmir rayon Uşaq İncəsənət məktəbi və Mədəniyyət Mərkəzinin  təşkilatçılığı ilə  18  sentyabr – Milli Musiqi gününə həsr edilmiş  “Üzeyir dühasının işığında” adlı Kürdəmir rayon Mədəniyyət Mərkəzində  tədbir keçirilmişdir.

           Tədbirdə Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin və Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəyovun  musiqiləri səsləndirilmişdir. Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən həvəskar teatr truppası ölməz sənətkarın operalarından səhnələr nümayiş etdirmişlər.

           Tədbirdə Uşaq İncəsənət Məktəbinin rəsm şöbəsinin şagirdlərinin Üzeyir Hacıbəyovun əsərlərinə çəkdikləri rəsmlərdən ibarət sərgi və kitab sərgisi iştirakçılara təqdim edilmişdir.

           Müəssisələrdə 21 sentyabr - Beynəlxalq Sülh günü ilə bağlı “Sülh  insanların  xoşbəxt  günləridir” devizi ilə guşələr, rəsm sərgiləri, kitab sərgiləri, dəyirmi masalar təşkil edilmişdir.

           27 sentyabr “Ümumdünya Turizm günü” ilə əlaqədar rayonun mədəni-maarif müəssisələrində silsilə tədbirlər keçirilmişdir.

           Kürdəmir rayon MKS-də və filiallarında Turizm gününə  aid kitab sərgisi, kitab müzakirələri, oxucu konfransları, dəyirmi masalar, guşələr, rayon Mədəniyyət Mərkəzində və filiallarında “Dünyamızı sevək, yurdumuzu tanıyaq” devizi ilə silsilə tədbirlər keçirilmişdir. Guşələr, foto stendlər, müxtəlif ədəbi – bədii kompozisiyalar, şeir müsabiqələri  təqdim olunmuş, yığıncaqlar keçirilmişdir. Kürdəmir Dövlət Rəsm Qalereyasında həvəskar rəssamların “Azərbaycan yurdum mənim” adlı rəsm müsabiqəsi nümayiş etdirilmişdir. Heydər Əliyev Mərkəzində “Turizmın inkişafına dəstək dövlət siyasətidir” adlı dəyirmi masa təşkil edilmişdir. Ümumdünya Turizm günü ilə əlaqədar  rayonun “Qələbə” parkında “açıq qapı günü” təşkil olunmuşdur.

Oktyabr  ayında  Beynəlxalq Musiqi günü və  Prokurorluq işçiləri günü ilə bağlı məlumatlar hazırlanmış, Beynəlxalq Ahıllar gününə  həsr edilmiş  görüşlər təşkil edilmiş, Beynəlxalq Müəllimlər günü ilə əlaqədar “Müəllimin cəmiyyətdə rolu və müəllimlərə dövlət qayğısı” devizi ilə  ədəbi – bədii  gecələr, görüşlər, müzakirələr, konsertlər.

                    2 oktyabr - Xocavənd rayonunun işğalı günü, 29 oktyabr – Zəngilan rayonunun  işğalı gününə həsr edilmiş anım tədbirləri keçirilmiş, rayonların işğalını əks etdirən guşələr,  məlumat  lövhələri, dəyirmi masalar təşkil edilmişdir.

           Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirmi altıncı ildönümü ilə əlaqədar “Dövlət müstəqilliyimiz əbədi və dönməzdir” devizi ilə bütün mədəni-maarif müəssisələrdə silsilə mədəni-kütləvi tədbirlər keçirilmişdir. “Müstəqil Azərbaycan-26”, “Müstəqilliyimiz uğurumuzdur” adlı müzakirələr, rəsm,  guşə və məlumatlar sərgilənmiş, stolüstü oyunlar üzrə yarışlar təşkil edilmişdir.

                    Kürdəmir rayon Mədəniyyət Mərkəzində  18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr edilmiş “Yurdum, yuvam, məskənimsən” adlı inşa yazı müsabiqəsi elan edilmişdir. Müsabiqədə rayonun tam orta məktəblərinin  şagirdləri iştirak etmişlər. Azərbaycançılıq ideyalarının təbliği ilə bağlı “Yurdum, yuvam, məskənimsən” adlı inşa yazı müsabiqəsi keçirilmişdir və müsabiqə qaliblərinə Diplomlar təqdim olunmuşdur. 

           Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin növbəti ildönümü ərəfəsində ölkəmizdə hər il Uşaq hüquqları aylığı keçirilir.  “Uşaq hüquqları aylığı” ilə əlaqədar Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində müxtəlif səpkili tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Mərkəzi və Nəriman Nərimanov adına rayon Mədəniyyət Mərkəzinin  birlikdə təşkil etdiyi “Bizim hüquqlarımız” mövzusunda dəyirmi masa, Rayon Mədəniyyət Mərkəzi və Rəsm Qalereyasının dərnək üzvləri arasında “Uşaq hüquqları hamı üçün” mövzusunda rəsm və inşa müsabiqələri, Uşaq  İncəsənət  Məktəbində uşaqlar arasında mahnı və rəqs müsabiqəsi,  məktəblilərin və bağça uşaqlarının Heydər Əliyev Mərkəzinə və Tarix – Diyarşünaslıq Muzeyinə  ekskursiyaları iştirakçı uşaqlar tərəfindən rəğbətlə qarşılanmışdır.

Uşaq hüquqları aylığı çərçivəsində Kürdəmir rayon MKS – də  bir sıra tədbirlərın  həyata keçirilməsi nəzərdə tutulmuşdur.  Mərkəzi kitabxananın Uşaq şöbəsində uşaq hüquqlarının təbliği məqsədi ilə yaradılmış Uşaq Hüquq İnformasiya Mərkəzi artıq 5 ildən çoxdur ki, uşaqların və yeniyetmələrin informasiyaya olan təlabatını ödənilməsində mühüm rol oynayır.   Mərkəz internet  şəbəkəsinə qoşulmuş 2 ədəd kompyuter dəsti, printer, skaner ilə təmin olunmuşdur. Uşaq Hüquq informasiya mərkəzində hər bir oxucu - istifadəçi  internet resurslarından istifadə edərək istənilən informasiyanı əldə etmək imkanına malikdir.  Mərkəzdə həmçinin  “Sənin hüquq və vəzifələrin”  adlı guşə yaradılmış və bu guşə  mütəmadi olaraq zənginləşdirilir. Mərkəzdə  Uşaq hüquqlarının təbliği məqsədi ilə  mütəmadi olaraq maarifləndirmə xarakterli söhbətlər aparılır, hər hansı bir sorğu ilə müraciət edən oxucuya fərdi qaydada məlumatlar verilir və yaxud internet resurslarından istifadə edərək məlumatın əldə edilməsi üçün şərait yaradılır.

                    Noyabr ayının 8 - də Kürdəmir RİH-nin təşkilatçılığı ilə Bayraq  Meydanında Dövlət Bayragı Gününə həsr edilmiş “Dünyanın ən uca bayrağı” adlı ümumrayon tədbiri keçirilmişdir. Tədbirin bədii  hissəsində N.Nərimanov adına Kürdəmir rayon Mədəniyyət  Mərkəzinin və Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin birgə təşkil  etdikləri  konsert  proqramı  geniş tamaşaçı marağına səbəb olmuşdur.

          17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar “N” saylı hərbi hissədə konsert proqramı təqdim edilmiş, əsgər və zabitlərlə görüş keçirilmişdir. Konsertdə rayonun incəsənət ustalarının və gənc istedadlarının ifasındamahnılar səslənmişdir.

Rayonun mədəni – maarif müəssisələrində  noyabr  ayında  Konstitusiya  günü  və digər əlamətdar  tarixi günlərlə bağlı tədbirlər keçirilmişdir.

Dekabr ayında QİÇS - ə qarşı Mübarizə günü  ilə bağlı tədbirlər rayonun bütün mədəni - maarif müəssisələrini əhatə etmiş, mövzu  ilə  bağlı  məlumatlar, söhbətlər, guşələr və kitab sərgiləri təşkil edilmişdir. Rayonun əlaqədar təşkilatları ilə birlikdə  Beynəlxalq Əlillər günü, Rabitə və İnformasiya Texnologiyaları  sahəsi  İşçilərinin Peşə Bayramı günü, BMT baş Assambleyası “İnsan Hüquqları Bəyannaməsi”nin qəbul edilməsi günü  və s.  tədbirlər həyata keçirilmişdir.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq  rayonun bütün mədəni–maarif müəssisələrində  Ümummilli Lider Heydər Əliyevin vəfatının 14 – cü  ildönümü və Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş müxtəlif səpkili  tədbirlər həyata keçirilmişdir.

            Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibəti ilə silsilə tədbirlər təşkil olunmuşdur. “N” saylı hərbi hissədə mədəniyyət işçiləri əsgər və zabitlər üçün geniş konsert proqramı ilə çıxış etmişlər. Kürdəmir rayon Mədəniyyət  Mərkəzində təlabat çox olduğu üçün Yeni İl şənlikləri 5 gün ərzində, gündə iki sseans olmaqla keçirilmişdir. Kürdəmir rayonunda yerləşən reabilitasiya mərkəzində də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni İl şənliyi keçirilmişdir. Tədbirlər əhali arasında böyük marağa səbəb olmuşdur.

           Dövr ərzində Tarix–Diyarşünaslq Muzeyində “Qədim tariximizin eksponatları”, “Xalq bayramlarında istifadə edilən əşyalar” adlı sərgilər, ekskursiyalar, Kürdəmir Dövlət Rəsm Qalereyasında rəsm sərgiləri, Uşaq İncəsənət məktəbində və rayonun parklarında  konsertlər, MKS və filiallarında əlamətdar günlər, tarixi hadisələr və kitabın təbliği istiqamətində çoxsaylı tədbirlər təşkil edilmişdir.