Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Kürdəmir Dövlət Rəsm Qalereyası

       Kürdəmir Dövlət Rəsm Qalereyası 2003 – cü ilin may ayından fəaliyyət göstərir. Qalereyada ekspozisiyaların  qurulması və sərgilərin keçirilməsi  üçün geniş və işıqlı 3 salon, vestibül  və  dəhliz il boyu fəaliyyət  göstərir. Bununla yanaşı fond üçün saxlanc otağı , ümumi şöbə   mövcuddur. Qalereyada  106 ədəd əsər saxlanılır. Dünya və Azərbaycanın görkəmli rəssamlarının, muzeylərinin foto albomları, foto kitabları ilə yanaşı  Mədəniyyət və İncəsənət jurnalları və qəzetlərinin  topluları da yığılır.Kürdəmir Dövlət Rəsm Qalereyası rayonda keçirilən bütün mədəni – kütləvi tədbirlərin tərtibatı işlərində də yaxından köməklik göstərir. Qalereyada vaxtaşırı olaraq müxtəlif səpkili rəsm sərgiləri və sərgi yarmarkaları təşkil olunur. Qalereyada rəsm dərnəyi fəaliyyət göstərir. Rəsm dərnəyinin üzvlərinin bir neçəsi rəssamlıq üzrə ali və orta ixtisas təhsili almaqdadırlar.

Ünvan:
Ü.Hacıbəyov küçəsi, 33
Telefon:

(02025) 5 03 79

E-mail:

ilqar.muradov57@mail.ru

Url:
facebook ünvanı: Kürdəmir Dövlət Rəsm Qalereyası