Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi

Ağdaş şəhər Uşaq Musiqi Məktəbi Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun şəxsi təşəbbüsü və köməyi ilə 1937-ci ildə açılmış və bu günə qədər fasiləsiz fəaliyyət göstərir. Məktəb ilk açılanda 2 otaqdan ibarət olub.Sonralar 5 otaqlı qədim yaşayış evinə,1978-ci ildə isə nisbətən böyük olan, əvvəllər xəstəxana olmuş qədim bir binaya köçürülmüşdür.

2008-ci ilin aprelində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xüsusi tapşırığı və Heydər Əliyev fondunun vəsaiti hesabına şəhərin mərkəzində yeni musiqi  məktəbinin əsası qoyulmuş, 2009-cu ilin iyun ayının 20-də məktəbin təntənəli açılışı olmuşdur.

3 mərtəbədən ibarət olan məktəbin 50 sinif otağı, 204 yerlik konsert zalı var. Məktəb bütün zəruri avadanlıqlarla təchiz olunmuşdur.

Ağdaş şəhər musiqi məktəbində tar, kamança, fortepiano, qarmon və klarnet ixtisasları üzrə 530 –a yaxın şagird təhsil alır. 132 nəfər orta ixtisas və ali təhsilli müəllim həmin şagirdlərə musiqinin sirlərini öyrədir.Məktəbdə ixtisas fənlərindən başqa, solfecio,musiqi ədəbiyyatı, ümumi musiqi ədəbiyyatı,Azərbaycan xalq musiqi yaradıcılığı, xor, ansambl, ümumi fortepiano dərsləri də keçirilir.Məktəb  vaxtaşırı Respublika müsabiqələrində müvəffəqiyyətlə çıxış edir.Məktəbin xalq çalğı alətlərindən ibarət ansamblı və xor kollektivi rayonun bütün tədbirlərində iştirak edir.  Məktəbdə fəaliyyət göstərən müəllimlərin hamısı Ağdaş musiqi məktəbinin məzunlarıdır.Bundan başqa Respulikanın əməkdar artisti Munis Şərifov, görkəmli muğam ustası Ramiz Hacıyev də bu məktəbin məzunlarıdır.

Məktəb görkəmli  kaman ustası Respublikanın Xalq artisti “Şöhrət” və “ İstiqlal” ordenli  Prezident təqaüdçüsü vaxtıilə Ağdaş şəhər musiqi məktəbinin məzunu həmyerlimiz Habil Əliyevin adınadır. Eyni zamanda məktəbdə Habil Əliyev adına muzey fəaliyyət göstərir.

Ünvan:
Ağdaş şəhəri,Heydər Xiyabanı 1
Telefon:

(02023) 5 11 65

E-mail:

agdash.musiqi@mail.ru