Yevlax şəhər Mədəniyyət sarayı 1963-cü ildə tikilmiş, uzun illər istifadə edilmədiyi üçün yararsız vəziyyətə düşmüş və fəaliyyətini dayandırmışdır. Uzun illərdən sonra Mədəniyyət sarayında (2006-cı ildə) yenidənqurma işləri başlamış və əsaslı təmir olunmuşdur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 112 saylı 20 aprel 2006-cı il tarixli Qərarına əsasən Yevlax şəhər Mədəniyyət sarayına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilmişdir.
2007-ci il oktyabrın 23-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının Yevlax şəhərinə gəlişi zamanı Heydər Əliyev adına Sarayın rəsmi açılışı olmuşdur.
Heydər Əliyev Sarayı şəhər əhalisinə mədəni kütləvi tədbirlərin və asudə vaxtın səmərəli təşkilini təmin edir. Heydər Əliyev Sarayının 5-dərnəyi, 50-üzvü vardır.
+994 22-33-6-45-23
e-mail-yevlax_he_sarayi@mail.ru