1978-ci ildə şəhər kitabxanaları mərkəzləşdirilərək Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Mərkəzləşdirilmiş Kitabxana M.P.Vaqif adına Mərkəzi Kitabxanasında 6 şöbə var:
1. Xidmət şöbəsi
Xidmət şöbəsi 2 bölmədən ibarətdir:
Abonement
Oxu zalı
Xidmət şöbəsinə yeni gələn oxucuya kitabxanadan istifadə qaydaları, kitabxanaya yazılma, kitabdan istifadə,saxlanılma, qaytarılma müddəti və s. məlumat verilir.Oxucuya anket açılır və kitabxananın üzvü sayılır.Xidmət şöbəsi yaşından asılı olmayaraq müxtəlif oxucu kateqoriyalarına bütün nəşr növləri ilə xidmət göstərir.
2. Komplektləşdirmə və kitabişləmə şöbəsi
Şöbə kitabxanaya daxil olan yeni ədəbiyyatların davamlı və ardıcıl işlənməsini, alınan yeni ədəbiyyatın qoşma sənədlə üzləşdirilməsini, bütün nüsxələrin ştamplaşdırılmasını, texniki işlənməsini, təsnifləşdirilməsini, hər adda nəşrin məlumat kataloqunun tərtib edilməsini, inventar nömrələrinin verilməsini, yeni ədəbiyyatın filiallar arasında bölünməsi işini həyata keçirir. Silinən ədəbiyyatın inventar kitabından, əlifba və sistemli kataloqdan çıxarılmasını, eyni zamanda kitabxanaya daxil olan dövrü nəşrlərin filial-kitabxanalara bölüşdürülməsini təşkil edir.
Şöbə filiallar üçün əlifba və sistemli kataloq tərtib edir.
3. Metodika və biblioqrafiya şöbəsi
Şöbə Mərkəzi Kitabxana və filial-kitabxanalara metodiki köməklik göstərərək mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə keçirilməsində, hesabatların, illik və aylıq iş planlarının tərtib olunmasında yaxından iştirak edir. Hər ayın sonunda kitabxana işçilərinin aylıq seminarı keçirilir. Seminarda kitabxana işinə dair aktual mövzular müzakirə olunur.
4. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsi
Bu şöbə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 oktyabr 2011-ci il 162 saylı Qərarına əsasən 05 yanvar 2012-ci il tarixdə Mərkəzi Kitabxanada yaradılmışdır.
Yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə məşqul olur. Bu proqramın tətbiqi kitabxana əməliyyatlarının idarə olunması zamanı kitabxanaçılara mövcud avtomatlaşdırılmış kitabxana sistemlərindən istifadə etmək imkanı verir və kitabxana ehtiyatlarından daha effektiv istifadə olunmasını təmin edir. Yəni nəşrlərin elektron versiyaya keçirilməsi - Elektron Kitabxananın yaradılması bu şöbənin əsas işlərindən biri olmuşdur.
5. İnformasiya-resurs şöbəsi
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 oktyabr 2011-ci il 162 saylı Qərarına əsasən 05 yanvar 2012-ci il tarixdə Mərkəzi Kitabxanada yaradılmış bu şöbə kitabxananın Veb-saytının idarə olunması( veb-saytın operativ yenilənməsi, əlavə və dəyişiklərin edilməsi, domen və hostinqin fəaliyyətinə nəzarət), şəbəkənin antivirus proqramının, habelə lokal və internet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir.
Şöbə kitabxananın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir.Yəni nəşrlərin elektron versiyaya keçirilməsi - Elektron Kitabxananın yaradılması bu şöbənin əsas işlərindən biri olmuşdur.
İnformasiya-resurs şöbəsində elektron resursların yaradılmasına böyük təlabatı nəzərə alaraq, oxucuların maraq dairəsinə uyğun müxtəlif elm sahələrinə dair elektron resurslarla işləmək üçün şərait yaradılmışdır.
+994 (2427) 4-03-56
mingechevir@cls.az