Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Ucar Tarix-Diyarşünaslıq Muzeyi

Ucar  rayon Tarix-Diyarşünaslıq Muzeyi 1986-cı ildən fəaliyyət göstərir.Muzeyin fondunda 3000-ə dək muzey əşyası qorunur.

      Muzey 2015-ci ildə yeni binaya köçmüşdür.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev binanın açılışında iştirak etmişdir.

       Muzeyin sahəsi 575 kv.m.-dir. Bina müasir texnologiyanın ən son naliyyətləri əsasında qurulmuş,binada istilik-havalandırma sistemi,elektron xəritə qurlaşdırılmışdır.

       Muzeyin ekspozisiyası qədim dövr,təbiət,etnoqrafiya.müasir dövr bölmələrindən ibarətdir.

       Burada “20 Yanvar”,”Xocalı faciəsi”,”Şəhidlər”,”Həmiyerlilərimiz”,Şair vəyazıçılarımız”,”Müstəqillik yollarında”və s.guşələr fəaliyyət göstərir.

      Son iki ildə muzey fondu arxeoloji materiallarla daha da zənginləşib.

Belə ki,2015-ci ildə başlayaraq Cənubu Qafqaz Boru Kəmərinin genişləndirilməsi zamanı Ucar rayonunun Ramal kəndində  b.e.ə. II əsrlərə və b.e.II əsrinə aid 16 ədəd artefaktlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları tərəfindən muzeyə təhvil verilmişdir.

Ünvan:
Ucar şəhəri,Heydər Əliyev pr.77
Telefon:

(02021) 3 01 49

E-mail:

utdm1986@mail.ru

Url:
//www.facebook.com/Ucar Tarix diyarşünaslıq Muzeyi/