Ucar Rayon Mədəniyyət Mərkəzinin binası 1973-çü ildə xüsusi layihə əsasında tikilmiş və Mədəniyyət evi kimi fəaliyyətə başlamış,2015-ci ildə Mədəniyyət Mərkəzinə çevrilmişdir.
Yarandığı gündən bəri Rayon Mədəniyyət evi rayonda keçirilən ümumrayon tədbirlərində aparıcı rol oynamışdır.
1977-ci ildə Rayon Mədəniyyət evinin “Çənlibel”xor kollektivi ümumrespublika müsabiqəsinin qalibi olmuş və Rusiyanın Saratov şəhərində keçirilənÜmumittifaq mahnı bayramında,1979-cu ildə rəqs kollektivi Arxangelsk vilayəti əməkçiləri qarşısında çıxış etmişdir.
1986-cı ildə Mədəniyyət evinin bədii təşviqat briqadası Respublika üzrə qalib olaraq Moskva şəhərində Xalq Təsərrüfatları Naliyyətləri Sərgisində uğurla çıxış edərəx 1-ci dərəcəli diplomla təltif edilmişdir.
1987-ci ildə Rayon mədəniyyət evinin “Şoppur”folklor kollektivi Respublika müsabiqəsində qalib olmuş və kollektiv haqqında C,Cabbarlı adına Respublika Kinostudiyasında sənədli film çəkilmişdir.
Hal-hazırda Mədəniyyət Mərkəzində 2 Xalq kollektivi fəaliyyət göstərir.
“Şirvan Ocağı” Xalq folklor kollektivinə 19 oktyabr 1990 –cı ildə, “Bahar”Xalq çalğı alətləri ansamblına isə 03 aprel 1991-ci ildə “Xalq” kollektivi adı verilmişdir.
Hal-hazırda Mədəniyyət Mərkəzinin tabeliyində 5 Folklor,2 Diyarşünaslıq,9 Mədəniyyət evi,1Folklor klubu və 6 klub fəaliyyət göstərir.
(02021) 3 21 52
Ucar_mt@mail.ru