05.04.2018
30 mart 2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri,dosent Lətifə xanım Məmmədovanın 31 Mart –Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar Mədəniyyət qəzetində dərc olunmuş “Tarixi faciə” məqaləsi ilə əlaqədar Məlumat günü keçirildi.
Məlumat günündə Mərkəzi Kitabxananın və şəhər kitabxana filiallarının əməkdaşları iştirak etmişlər.
Məlumat gününü MKS-nin direktoru Nailə Əliyeva açaraq “Tarixi faciə” məqaləsi haqqında tam təfsilatı ilə məlumat verdi və qeyd etdi ki, müəllif məqalədə ermənilərın azərbaycanlılara qarşı törətdikləri saysız sinayətləri tarixi faktlarla oxuculara çatdırmışdır.Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Azərbaycan ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına öz çirkin niyyətlərini reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, xalqımıza qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.
Natiq bildirdi ki,məqalədə qeyd olunan faktlardan təkcə birini nəzərinizə çatdirmaq istəyirəm:"Ermənilərin vəhşilikləri barədə Həmidulla Hacı Nifalı oğlu Əlibəyov belə ifadə vermişdir: ”Martın 20-də erməni əsgərləri mənim Bazar və Kolyubyakinin küçələrinin tinindəki “İsgəndəriyyə”adlı mehmanxanamı talan etmiş,sonra da yandirmişdılar.Erməni əsgərləri mehmanxanada beş nəfərdən başqa qalanların hamısını nömrələrindəcə öldürmüşlər.Qətlə yetirilənlərin hamısı müsəlman idi.Onların meyitləri mehmanxana binası ilə bir yerdə yanmışdı.”
Məqalədə erməni qaniçənlərinin Quba qəzasında törətdikləri amansız qətlləri tam aydınlığı ilə qeyd edilir:”Quba qəzasına göndərilən 2000 nəfərlik silahlanmış dəstəyə erməni generalı Amazasp rəhbərlik edirdi.Hətta onun başçılıq etdiyi dəstə “Cəza dəstəsi “ adlandırılırdı.Bu erməni millətçisi müsəlmanlara qarşı nifrətini gizlətmir və bidirirdi: “Hər bir müsəlman düşməndir,yalnız ona görə ki,o,müsəlmandir”
Tam təsadüf nəticəsində Quba məzarlığının üzə çıxması haqqında da məqalədə ətraflı qeyd olunur.