Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 mart Azərbaycanlıların Soyqırım Günü

02.04.2018

     Məlum olduğu kimi bu il respublikamızda 31 mart Azərbaycanlıların Soyqırım Gününün 100 illiyi qeyd olunur. 29 mart 2018-ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında "31 mart Azərbaycanlıların Soyqırım Günü " ilə əlaqədar dəyirmi masa keçirlidi. Əvvəlcə bir  dəqiqəlik sükutla soyqırım qurbanlarının xatirəsi yad edildi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru S. Feyzullayev açdı. O, çıxışında qeyd etdi ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliev cənablarının 18 yanvar 2018-ci il tarixli sərəncamında göstərildiyi kimi erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlər ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə  çatdırılmalıdır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.

  Oxuculara xidmət şöbəsinin müdiri Alıyeva Müşərrəf  mövzuya aid məruzəsində  bildirdi ki, yalnız hadisələrdən 80 il sonra, yəni 1998-ci ildə Ulu öndər  hər il 31 mart tarixinin azərbaycanlıların soqırımı günü kimi qeyd edilməsi barədə sərəncam verdi. Tədbirdə soyqırım günü ilə əlaqədar video-carx nümayiş etdirildi. Sonda  "31 mart Azərbaycanlıların Soyqırım Günü" adlı sərgiyə baxış keçirildi.