Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

02.03.2018

26 ildir Azərbaycan xalqının qəlbində sağalmayan bir yara olan  Xocalı soyqırımı  bəşər tarixində görünməyən  dəhşətli vəhşiliyin  təzahürüdür. 26 ildir Azərbaycan xalqı vicdan ağrısı ilə bu faciənin ildönümünü qeyd edir. 24 fevral 2018-ci il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzində Ağdaş Dövlət Rəsm Qalereyasının və Mərkəzin işçilərinin birgə hazırladığı “Xocalı soyqırımı bəşəri cinayətdir” adlı  tədbir keçirilmişdir.

              Tədbirin aparıcısı mədəniyyət işçisi,qiraət ustası Camal Xəlilov,13 saylı şəhər kitabxanasının müdiri Hicran Abdurahmanova, MKS-nin direktoru Seyfəddin Feyzullayev,Ağdaş Dövlət Rəsm Qalereyasının baş fond mühafizi Fidan Şükürova öz çıxışlarında mənfur erməni qəsbkarları tərəfindən Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla həyata keçirilmiş,  bəşər tarixinə ən ağır cinayətlərdən biri kimi daxil olmuş Xocalı hadisələri haqqında,  həmin dövrdə Xocalıda ölənlər, yaralananlar, itkin düşənlər barədə geniş məlumat verdilər. Xocalıda baş verən hadisələri - qaniçən ermənilərin törətdikləri vəhşilikləri özündə əks etdirən video-çarx nümayiş etdirildi. Məktəblilərin ifasında   Xocalıya həsr olunmuş şeirlərdən  ibarət ədəbi kompozisiya  səsləndirildi. Tədbirin sonunda “Əsrin faciəsi-Xocalı“ adlı sərgiyə və uşaqların Xocalı hadisələrinə həsr etdikləri  rəsm əsərlərinə baxış keçirildi.