Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalının fəryad səsi

26.02.2018

           23 fevral 2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında  Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Xocalının fəryad səsi” adlı anım tədbiri keçirilmişdir.

          Faciənin ildönümü ilə bağlı keçirilən anım mərasimində H.B.Zərdabi muzeyinin və Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları,Mərkəzi Kitabxana və filial kitabxanalarının əməkdaşları iştirak edirdilər.

Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

           Tədbiri MKS-nin direktoru N.Əliyeva açaraq bildirdi ki, plana uyğun olaraq, bu  günlər MKS-nin bütün kitabxanalarında Xocalı soyqırımının 26-cı  ildönümü ilə bağlı tədbirlər keçirilməkdədir. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xalqımız 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə və soyqırım siyasətinə məruz qalıb. Bu soyqırım mahiyyətcə xalqımıza qarşı bir neçə əsr bundan əvvəl başlanan erməni təcavüzünün davamı və tərkib hissəsi idi.

           Bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, dünyanın bir neçə ölkəsində Xocalı soyqırımını əks etdirən abidə ucaldılıb, bir çox ölkələr bu soyqırımı tanıyır.

           Oxuculara Xidmər şöbəsinin əməkdaşları  X.Abışova “Xocalı soyqrımı-xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi” və C.Feyzullayeva “1992-ci il 26 fevral Xocalı soyqrımı” adlı məruzələri ilə çıxışlarında Xocalı faciəsini erməni silahlı qüvvələrinin bəşəriyyətə qarşı işləmiş olduqları soyqırımı cinayəti kimi xarakterizə edərək,bildirdilər :1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi.Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı.Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü.8 ailə tamamilə məhv edildi.1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.25 uşaq hər iki valideynini,130 nəfər valideynlərindən birini itirdi.Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus,gürcü,ingilis,fransız,alman,amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistlərini dəhşətə gətirmişdir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.Beynəlxalq təşkilatlar Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi benəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

             MKS-nin direktor müavini G.Rəhimova öz çıxışında hər il  bütün kitabxanalarımızda  Xocalı soyqırımının və digər anım günlərinin qeyd edildiyini diqqətə çatdırdı. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində tarixi günlərin unudulmamasının vacib olduğunu bildirdi.  Biz  bu tədbirlər vasitəsilə 20 yanvar, 26 fevral, 31 mart kimi tarixlərin dəhşətlərini anladır, xalqımızın başına gətirilənləri unutmamağa çalışırıq. 

           Tədbirdə məktəb şagirdləri həmin gecəni xatırladan anları şeir kompozisiyası ilə nümayiş etdirdilər.