Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən,millət-fədaisi

29.01.2018

26 Yanvar 2018 - ci il tarixində Zərdab rayon Dəliquşçu kənd kitabxanasının və kənd Körpələr evi-uşaq baxçasının birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas Firidun bəy Köçərlinin 155 illik yubleyi ilə əlaqədar "Vətən,millət-fədaisi" başlıqlı səhərcik keçirilmişdir.
Tədbiri kitabxananın müdiri Mariya Soltanova açaraq,iştirakçıları salamlamış və ömrünün 40 ilini millətin maariflənməsinə ,mədəni tərəqqisinə həsr edən millət fədaisi- Firidun bəy Köçərli haqqında məlumat vermişdir.
Kitabxanaçı Aybəniz Nağıyeva "Firidun bəy Köçərli-155" məruzəsi ilə çıxış edərək, ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Baxça müəlliməsi Axirə Cəbrayılova Firidun bəy Köçərlinin müdrik kəlamlarından söylədi.
Tibb bacısı Nübar İmanova görkəmli şəxsiyyətlərin Firidun bəy Köçərli haqqında müdrik kəlamları haqqında çıxış etdi.
Baxçanın fidanları Firidun bəy Köçərlinin hekayə,nağıl,məsəl və tapmacalarından söylədilər və "Qarı və Pişik"nağılı əsasında hazırladıqları səhnəciklə əsl bayram əhvalı yaratdılar.
Sonda "Vətən ,millət-fədaisi" adlı sərgi ilə tanışlıq oldu.