Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ürəyi atəşli müəllim- Firidun bəy Köçərli

26.01.2018

Firidun bəy Köçərli Azərbaycanın tanınmış ədəbiyyatşünası, pedaqoq və publisistidir. Onu böyüklü, kiçikli hamı sevir. Firidun bəy Azərbaycan folklorunun vurğunu idi .Onun uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli sərvətlərindəndir. Müəllif bu kitabda ən çox şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə etmişdir. Firidun bəy Köçərlinin fikrincə, uşaq dünyası çox zəngindir. Uşaqlarda poetik duyum çox güclüdür. Onların təfəkkürü yazıçı  təfəkkürünə uyğundur. Uşaq ədəbiyyatı böyüməkdə olan nəslin tərbiyəsində böyük əhəmiyyətə malikdir. Uşaqlar üçün yazılan əsərlərdə müasir dövrün nəbzi tutulmalı, coşqun və qaynar həyatımız öz bədii inikasını tapmalıdır.

Bu il sevimli ədibimizin 155 illik yubileyi qeyd olunur.Bu münasibətlə Zərdab rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Firidun bəy Köçərli həftəsi” keçirdi.Tədbirlərə  “ Ürəyi atəşli bir müəllim- Firidun bəy Köçərli”adlı kitab sərgisinin təşkili ilə start verildi. Həftə ərzində bir neçə maraqlı ,yadda qalan tədbirlər keçirildi.

 24 yanvar  tarixində keçirilən  “Qüdrətli Ədəbiyyatşünas-Firidun bəy Köçərli” adlı tədbir oxucuların daha böyük marağına səbəb oldu. Uşaq şöbəsinin əməkdaşları İlahə Əsədova , Elnarə Salikova, Nisə Qasımova, Samirə Yahyayeva, Məlahət Cavadova oxuculara Firidun bəy Köçərlinin kitablarından nümunələr oxudular.Tədbirdə  uşaqlar Firidun bəy Köçərlinin şerlərini, təmsillərini söylədilər. Həftəyə 25 yanvar  tarixində 3 saylı şəhər orta məktəbin 9 cu sinif şagirdləri ilə ədibin həyat və yaradıcılığı,əsərləri haqqında sual-cavab və sorğu ilə yekun vuruldu. Keçirilən tədbirlər  belə bir qənaətə gətirdi ki,illər ötsə də hər dəfə uşaq ədəbiyyatından söz düşəndə uşaqların da, böyüklərin də sevimlisi Firidun bəy Köçərli hörmətlə  anılacaq, yada düşəcək.