Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Ərəb kənd diyarşünaslıq klubunda 20 yanvar Şəhidlərinin əziz xatirəsi yad edilmişdir.

26.01.2018

19 Yanvar 2018-ci il tarixində Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ərəb kənd diyarşünaslıq klubunda 20 yanvar faciəsinin 28-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.Tədbiri giriş sözü ilə klub müdiri Xuraman Əhmədova açaraq 1990-cı ilin qanlı yanvar gecəsi haqqında ətraflı məlumat vermişdir.Kənd məktəblilərinin ifasında şəhidlərə həsr olunmuş şerlər səsləndikdən sonra klub işçiləri tərəfindən hazırlanmış sərgiya baxış keçirilmişdir.