Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilmişdir.

23.01.2018

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı rayonda silsilə tədbirlər keçirilmişdir. Müvafiq tədbirlər planına uyğun olaraq rayonun bütün əmək kollektivləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi ilə bağlı anım mərasimləri keçirilmişdir. Eyni zamanda rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində 19 yanvar 2018-ci il tarixdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin anılması məqsədilə xüsusi dərslər keçirilmişdir.
Ağdaş Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş idmanın güləş növü üzrə açıq rayon birinciliyi keçirilmişdir. Qalib idmançılar medallar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Faciənin 28-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Şəhadət” sənədli filminin nümayişi keçirilmiş , rayon Mərkəzi Kitabxanası tərəfindən 20 Yanvar faciəsinə həsr olunan dəyirmi masa təşkil edilmişdir.
20 Yanvar 2018-ci il tarixdə Hüzn günü ilə əlaqədar idarə, müəssisə və təşkilatların üzərindəki dövlət bayraqları matəm əlaməti olaraq endirilmiş, gün ərzində həzin musiqi səsləndirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Şəhidlər” kompleksində anım tədbiri keçirilmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş bütün şəhidlərin ruhlarına dualar oxunmuş, şəhid məzarlarının üzərinə gül, çiçək dəstələri düzülmüşdür.
Saat 12:00-da rayon mərkəzində şəhidlərin xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.