Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar faciəsinin ildönümü Ağdaş rayon mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd olunmuşdur.

22.01.2018

18 yanvar 2018-ci il tarixdə Ağdaş rayon Mərkəzi kitabxanasının və  1 saylı Gənclər kitabxanasının birgə hazırladığı 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qanlı Yanvar” adlı anım tədbiri Ağdaşlı 20 Yanvar şəhidi Müşfiq Ağəli oğlu İsayevin “Şəhidlər Xiyabanı”ndakı qəbrinin ziyarəti ilə başlandı. Şəhidlərin ruhlarına dualar oxundu, qəbirlərinin üstünə güllər qoyuldu. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa arxasında davam etdirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru S.Feyzullayev açaraq 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə  baş vermiş bu hadisə barədə bildirdi ki, Azərbaycan xalqının Milli Azadlıq uğrunda, müstəqillik uğrunda mübarizəsini boğmaq üçün o zamanki Qorbaçov hakimiyyəti heç bir xəbərdarlıq etmədən Bakıya ordu yeritdilər. Əli silahsız dinc əhalini atəşə tutdular, tanklarla, ağır zirehli texnika ilə insanların üstünə yeridilər. Bu hadisə baş verən vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gələrək  xalqımıza müraciət edərək, baş sağlığı verdi və bəyanatla çıxış etdi və Azərbaycan xalqının başına gətirilən bu müsibəti bütün dunyaya çatdırdı. Sonra  Heydər Əliyev Mərkəzinin  işçisi  Turanə Şıxıyeva  20 Yanvar hadisələrinə  aid  məruzə ilə çıxış etdi. Tədbir 20 Yanvar hadisələrinə həsr olunmuş video çarxın nümayişi ilə davam etdirildi. Müşfiq İsayev adına, Nizami adına və 7 saylı məktəb şagirdlərinin ifasında səslənən şeirlər tədbir iştirakçılarının marağına səbəb oldu. Tədbir “ Qanlı Yanvar” adlı sərgiyə baxışla sona yetdi.