Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qanlı Yanvar- Yaddan çıxmaz o,gecəki nalələr” 20 Yanvar faciəsinin 28-ci ildönümü Zərdab rayon MKS-də silsilə tədbirlərlə qeyd olunmuşdur.

22.01.2018

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiqlənən “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”ndan irəli gələn bütün məsələlərin həyata keçirilməsi ilə bağlı Zərdab rayon Mərkəzi Kitabxanası silsilə tədbirlər keçirilmişdir.Azərbaycan xalqinin yaddasına əbədi həkk olunmus 1990 – ci ilin qanlı Yanvarından 28 –il otur . Həmin  günü azadliq ugrunda küçələrə , meydanlara  çıxan Azərbaycan xalqına qarsı torədilmiş  aglasıgmaz terror dəhsətli bir cinayət  hadisəsi  kimi  tarixə düsmüsdur .

1990 –ci il  Yanvarin  19 –dan 20 –nə kecən gecə  təpədən – dırnaga qədər silahlanmış Sovet ordusu  hissələri  hec bir  xəbərdarlıq  etmədən  Bakı səhərinə  və Azərbaycanın bir sıra digər  rayonlarına  yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. Bu faciə olə bağlı hər il respublikamızda anım tədbirləri keçirilir.

Zərdab rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi də 20 Yanvar Hadisələrinin 28-ci ildönümü  ilə əlaqədar bağçalarda, məktəblərdə sərgilər təşkil edir,silsilə tədbirlər keçirərək,şəhidlərimimzin xatirəsini yad edirlər.

17 yanvar 2018-ci il tarixində Uşaq şöbəsinin əməkdaşları: Elnarə Salikova və Samirə Yəhyayeva  H.Aslanov adına tam orta məktəbin 4-cü sinfində “20 Yanvar -  Yaddaşımızın əbədi ağrısı “ adlı söhbət keçirmişlər.

20 Yanvar faciəsinin ildönümü ilə bağlı çıxış edən əməkdaşlar xalqımızın tarixinə qanla yazılmış bu  tarixi hadisə barədə ətraflı məlumat vermişlər.

Sonda şagirdlər qanlı yanvar hadisələrinə aid şeirlər söyləmiş, səhnəciklər göstərmişlər.17 yanvar 2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbin 7-ci sinfində "Qanlı Yanvar- Yaddan çıxmaz o,gecəki nalələr” adlı tədbir və Yanvar hadisələrinə aid nəşr və foto nümunələrindən ibarət sərgi təşkil edilmişdir.

Sərgidə, ümumilikdə nümayiş etdirilən fotolar, xüsusən də Qanlı Yanvar hadisələrinin dəhşətlərini əks etdirən materiallar şagirdlərin böyük marağına səbəb olub. Təşkil edilən sərgi haqqında Oxuşulara xidmət şöbəsinin əməkdaşları Cəmalə Feyzullayeva,Xanım Abışova ,Elyanə Rüstəmova və Sahilə Xəlilova sərgi iştirakçılarına fərdi qaydada Azərbaycan haqqında, ölkəmizin azadlıq və demokratiya uğrunda keçdiyi çətin yol barədə, həmçinin 1990-cı il yanvar ayının 20-də Bakıda baş vermiş qanlı hadisələr haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu gün sürətlə inkişaf edən ölkədir.

Sonda məktəblilər: Aişə Hüseynova,Türkan Quliyeva,Aytac Abdullayeva,Elnar Həsənov və Məhəmməd İbrahimli 20 Yanvar hadisələrinə aid şeirlər söylədilər.