Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda Seminar-müşavirə keçirilmişdir.

12.01.2018

10 Yanvar 2018-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işçilərinin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.Müşavirədə çıxış edən Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Tahir Əliyev 2017-ci ildə Regional İdarənin fəaliyyəti barədə ətraflı məlumat vermiş,2018-ci ildə mədəniyyət müəssisələrinin qarşısında duran vəzifələrdən danışmışdır.Çıxışçılardan Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev,rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Nişanə Yusifova,Mədəniyyət Mərkəzinin direktoru Xalid Zamanov və digər müəssisə rəhbərləri 2017-ci il ərzində gördükləri işlər barədə hesabat xarakterli məlumatlar vermişlər.