Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzinin və rayon 2 saylı körpələr-evi uşaq bağçasının birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

29.12.2017

Zərdab rayon  2 saylı körpələr evi-uşaq bağçasında keçirilən tədbirdə bağçanın müdiri Şəfa Abdullayeva  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi geniş qeyd olunmasında dahi rəhbər Heydər Əliyevin tarixi rolunu xatırladaraq, bu bayramın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Ulu öndər Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu vurğulayan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova  Ümummilli liderin milli birliyə, həmrəyliyə daim böyük önəm verdiyini bildirərək, müdrik rəhbərin siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir.
Şaxta baba və qarqızın müşaiyəti ilə keçirilən şənlikdə uşaqların ifasında vətənpərvərlik şerləri və mahınları səsləndirilmiş, əlvan yolka ətrafında yeni il musiqilərinin sədaları ilə dövrə vurulmuş, bayramlara həsr olunmuş maraqlı kompozisiyalar nümayiş etdirilmişdir.