Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Hüseyn Cavid-135”

19.12.2017

19 dekabr 2017-ci il tarixdə Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında Azərbaycanın böyuk şairi Hüseyn Cavidin anadan olmasının 135 illiyi ilə əlaqədar “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü!” adlı oxucu konfransı keçirilmişdir. Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru Seyfeddin Feyzullayev açdı. O, bildirdi ki, Cavid fenomenini şərtləndirən yalnız qeyri-adi istedadla yoğrulmuş sənət abidələri deyildir, həm də bundan az əhəmiyyət daşımayan, XX yüzil bədii fikir tarixinin mərdlik və əyilməzlik simvoluna çevrilən şəxsiyyətdir. Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Könül Musayeva məruzəsində Cavid irsinə milli məfkurə müstəvisində yanaşma Azərbaycanın yenidən istiqlaliyyət əldə etməsi ilə bağlı olduğunu bildirdi. Oxuculara xidmət şöbəsinin müdiri Alıyeva Müşərrəf çıxışında qeyd etdi ki, onun yaradıcılığının əsas ideyası məhəbbət və həqiqətin dərki idi. Kitabxanaçı Sevinc Məmədova H.Cavidin dramaturgiyası, Aynur Çələbiyeva H.Cavidin yaradıcılığında qadın azadlığı problemi haqqında oxuculara geniş məlimat verdilər. Rayon İcra hakimiyyətinin məsul işçisi Möhlüd Hacıxanov cıxışında qeyd etdi ki, “İblis” dramındaki İblis obrazının yaradılışında dramaturq mifik elementlərdən istifadə etsə də, onu daha çox həyati cizgilərlə canlandırmışdır.O, ”İblis”dramındakı İblisin monoluqunu söyləyərək H.Cavidin İblisin dili ilə oxuculara nəyi anlatmaq istədiyini izah etdi. Şair haqqında video-çarx nümayiş olundu. Sonda tədbir iştirakçıları “Hüseyn Cavid-135” adlı sərgiyə baxdılar.