19.04.2019
18 aprel 2019-cu il tarixində Rəsul Rza ev muzeyində “18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə bağlı açıq qapı təşkil olunub. 1983-cü ildə UNESCO yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunmuş bu günü keçirməkdə məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin tanınmasına və qorunmasına yönəltməkdən ibarətdir.
Bu münasibətlə muzeydə aşıq qapı günü təşkil olunmaqla yanaşı, Rusiya səfirliyinin xətti ilə şəhər 3 saylı orta məktəbin rus bölməsinin bir qrup müəllim və şagirdlərinin iştirakı ilə məşhur rus şairi A.S.Puşkinin anadan olmasının 220 illiyi ilə əlaqədar ədəbi kompozisiya təşkil olunmuş, şagirdlərin ifasında səslənən Puşkinin şeirləri və nəğmələri rəğbətlə qarşılanmışdır. Bu layihə məhz tarixiliyi əks etdirdiyinə görə Rəsul Rza muzeyində baş tutmuşdur. Eyni zamanda xalq şairi Rəsul Rza bir yazar olaraq rus ədəbiyyatının görkəmli nümayəndələrinin şeirlərini də Azərbaycan dilinə tərcümə etmişdir.
Günün ikinci yarısında “Açıq qapı günü” ilə əlaqədar muzeydə ekskursiyalar təşkil olunmuşdur.