19.04.2019
18 aprel 2019-cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyində 18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü ilə əlaqədar “Açıq qapı” günü elan edilmişdir. Bu münasibətlə Zərdab rayon Yarməmmədbağı, İsaqbağı, Şahhüseynli, Şəftəhal, Dəliquşçu kənd tam orta məktəblərinin müəllim və şagirdləri muzeyə ekskursiya etmişlər. Məktəblilərə muzeyin əməkdaşları tərəfindən Beynəlxalq Abidələr və Tarixi Yerlər günü barədə ətraflı məlumatlar verilmişdir. Sonra məktəblilər muzeydə qorunub saxlanılan qədim əşyalarla yaxından tanış olmuşlar.