Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əməlləri ilə ucalan insan”

04.12.2017

Hər il olduğu kimi Ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində silsilə tədbirlər keçirilir. Keçirilən tədbirlərdə Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

 4 dekabr 2017-ci il tarixində  Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsinin əməkdaşları Sahilə Xəlilova və Tünzalə Eyvazova Zərdab şəhər  H.Aslanov adına  3 saylı tam orta məktəbin  VII və IX sinfinlərində Ümummilli lider Heydər Əliyevin vəfatının  14-cü  ildönümü ilə əlaqədar “Əməlləri ilə ucalan insan” mövzusunda anım tədbiri keçirdi. Tədbirdə məktəbin müəllimləri-Cəvahir İsmayılova və Babaş Babaşov iştirak edirdilər.        

 Əvvəlcə  Ulu öndər Heydər Əliyevin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Daha sonra Sahilə Xəlilova şagirdlərə H.Əliyevin həyat və fəaliyyəti haqda məlumat verərək qeyd etdi ki,Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir.

Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.  

 Sonda şagirdlər öz fikirlərini bildirdilər. Onlardan biri ümummilli liderin anım günündə onun məşhur sözlərini xatırlatdı: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”