14.03.2019
Dövlət İmtahan Mərkəzinin(DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 14-də Ucar rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda Ucar rayonunun sakinləri ilə yanaşı Göyçay, Kürdəmir, Ağsu rayonlarının sakinləri də iştirak ediblər.
DİM-Direktorlar Şurasının sədri görüşdən əvvəl Ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib,abidə önünə gül dəstələri düzüb.Vətəndaşların müraciətləri ilə bağlı ətraflı izahat verilib,DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar Məleykə Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.