14.03.2019
Novruz bayramının gəlişi ilə əlaqədar 13 mart 2019-cu il tarixində Ucar rayon Tarix- Diyarşünaslıq Muzeyində Yel çərşənbəsi qeyd edilmişdir.
Bu münasibətlə muzeydə etnoqrafik əşyalardan ibarət sərgi təşkil edilmiş, Novuz xonçaları bəzədilmişdir.
Muzeyin direktoru Solmaz Xudayeva Novruz bayramı və onun mahiyyəti , muzeyin elmi əməkdaşı Vəfa Hüseynova Yel çərşənbəsi haqqında tədbir iştirakçılarına məlumat vermişlər .
Tədbirdə Ucar rayon Gənclər Mərkəzinin rəqs dərnəyinin üzvləri öz gözəl rəqsləri ilə tamaşaçıları valeh etmişlər.