Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrinin seminar müşavirəsi keçirilib.

09.03.2019

6 mart 2019-cu il tarixində Zərdab rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayon numayəndəliyi üzrə mədəniyyət müəssisələrinin seminar müşavirəsi keçirilib.

       Müşavirəni giriş sözü ilə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev açaraq tədbir iştirakçılarını salamlayıb və Regional İdarənin tabeliyində olan müəssisələrin fevral ayı ərzində gördüyü işlər, keçirilmiş tədbirlərin səviyyəsi, əmək və icra intizamına riayət olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb,       8 mart Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn ümumxalq Novruz bayramının yüksək səviyyədə qeyd olunması ilə əlaqədar mədəniyyət müəssisələrinin qarşısında duran vəzifələr barədə fikirlərini bildirib.

       Sonra 2019-cu ilin fevral ayı ərzində görülmüş işlər barədə müəssisə rəhbərlərinin- Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva, Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədova, uşaq incəsənət məktəbinin direktoru Nicat Əlifi və digərlərinin hesabatları dinlənilib, nöqsanlar qeyd olunub, bu nöqsanların tez zamanda aradan qaldırılması üçün tapşırıqlar verilib.

      Sonra müəssisələrin fəaliyyətinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, təşkil olunan tədbirlər barədə məlumatların daha peşəkar səviyyədə hazırlanması ilə əlaqədar çıxış edən Regional İdarənin məsləhətçisi İlqar Vəliyev bu işlə əlaqədar lazımi tövsiyyələr vermişdir.

     Sonda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə mədəniyyət sahəsində göstərdiyi xidmətlərinə görə fəal qadınlar Fəxri fərman və hədiyyələrlə təltif olunublar.