Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Maqsud Şeyzadə-109

10.11.2017

10 Noyabr tarixində Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Maqsud Şeyxzadənin ev muzeyində görkəmli ədibin anadan olmasının 109-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan muzeyin şöbə müdiri Afaq Xəlilova öz məruzəsində  Azərbaycanın və Özbəkistanın böyük oğlu,Ağdaş torpağının yetirməsi, görkəmli şair və dramaturq Maqsud Şeyxzadənin həyatı barədə ətraflı  məlumat vermişdir.Sonra muzeyin fəal işçilərindən Jalə Şıxəliyeva görkəmli alimin yaradıcılığı barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.Tədbirdə iştirak edən Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi İlqar Vəliyev və Mərkəzi Kitabxananın direktoru Seyfəddin Feyzullayev Maqsud Şeyxzadə haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşlər.Eyni zamanda Ağdaş rayon 7 saylı məktəbin şagirdləri şairin əsərlərindən şer parçaları söyləmişlər.

                 Tədbirin yekununda iştirakçılar muzeydə təşkil olunmuş sərgi ilə tanış olmuşlar.