10.11.2017
Ağdaş rayon Mərkəzi kitabxanası ilə Ağdaş şəhərİstək Liseyi arasında bağlanan şagirdlərdə sinifdən kənar oxu vərdişlərinin, onlarda mütaliə mədəniyyətinin yüksəldilməsi haqqında müqavilənin davamı olaraq 10 noyabr 2017-ci il tarixdə Ağdaş rayon MKS-nin əməkdaşları ilə birlikdə “Şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi” mövzusunda seminar-məşğələ keçirilmişdir. Seminar-məşğələni giriş sözü ilə açan liseyin kitabxanaçısı Dilarə Əhmədova şagirdlərə tədbir haqqında məlumat verərək qonaqları onlara təqdim etdi. Ağdaş MKS-nin əməkdaşı Könül Musayeva şagirdlərə mütaliə, mütaliə mədəniyyəti haqqında geniş məlumat verərək, kitabın insanın dünyagörüşünün, intelektual səviyyəsinin förmalaşmasında və inkişafında böyük rolu olduğunu qeyd etdi. MKS-nin digər əməkdaşı Hüsniyyə İsmayılova isə şagirdlərə “Elektron kitabxana”, “Elektron kataloq”, Ağdaş MKS-nin saytı haqqında və bunlardan istifadə etmək haqqında ətraflı məlumat verdi. Xuraman Səmədova şagirdləri Ağdaş rayon Mərkəzi kitabxanasına dəvət edərək bildirdi ki, kitabxanamızın əməkdaşları sizə istədiyiniz kitabları tapmaqda köməklik göstərər. Sonda kitabxananın əməkdaşları şagirdləri maraqlandıran suallara cavab verdilər və onlara mütaliə sahəsində daim kömək etməyə hazır olduqlarını bildirdilər.