Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dördüncü Buktreyler Festivalı

22.02.2019

Dördüncü Buktreyler Festivalında iştirak şərtləri. Yeni nominasiya.

Kitabı tanıdın, kitabla tanının!

 

Kinoaktyor, Buktreyler Festivalının təsiçisi və direktoru Ruslan Sabirli IV Buktreyler Festivalında iştirak şərtləri haqqında məlumat vermişdir: “Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Festivalda iştirak etmək isə çox sadədir. Yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi Azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə festivalda iştirak edəb bilər. Həmçinin bu ilki IV Buktreyler Festivalında daha bir yeniliyik olacaq. Yenilik ondan ibarətdir ki, bu il “Ən yaxşı mobil buktreyler” nominasiyası elan olunmuşdur. Yəni, hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu naminasiya üzrə festivala müraciət edə və 1.000 azn məbləği qazanmaq şansını əldə edə bilər.”

 

Festivalda iştirak şərtləri aşağıdakılardır:

Festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak edir;
Festivala bir iştirakçı tərəfindən təqdim olunan Buktreylerlərin sayına məhdudiyyət qoyulmur;
Festivala təqdim edilmiş Buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;
Buktreylerlərdə Qanunvericiliyə zidd olan; siyasi, dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri, pornoqrafik materialları əks etdirən məzmun qadağandır;
təqdim edilmiş Buktreylerlər Münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;
iştirakçıların Buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən Festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də Festivalın rəsmi saytında və internet resurslarda (saytlar, KİV, sosial şəbəkələr, YouTube və s.) yerləşdirilə bilər.

 

Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:

xronometrajı: max. 3 dəqiqəyədək;
formatı: mov, mp4, mpeg, mpg, avi, wmv;
minimal ölçüsü: 1080p Full HD (1920x1080);
media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);
əvvəldə Festivalın və dəstəkçilərin loqoları yerləşdirilməlidir;
sonda Buktreylerin aid olduğu kitabın fotosu və Festivalın saytının ünvanı yerləşdirilməlidir;
Festivalın təşkilinə aidiyyatı olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.

 

İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.

 

Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası; əsas tərəfdaşı isə mobil operator Azercell şirkətidir.

 

Qeyd edək ki, qalibləri 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

 

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya https://www.facebook.com/BooktrailerFest/ Facebook səhifəmizdən əldə edə bilərsiniz. Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: festival2019@booktrailer.az

 

Buktreylerlərin son qəbul tarixi: 1 aprel, 2019

 

 

 

 

 

Условия участия в Четвертом Фестивале Буктрейлеров. Новая номинация.

Kitabı tanıdın, kitabla tanının!

 

Киноактер, учредитель и директор Фестиваля Буктрейлеров Руслан Сабирли сообщил об условиях участия в IV Фестивале Буктрейлеров: «Целями Фестиваля Буктрейлеров, который проводится киноактерем Руслан Сабирли при поддержке Министерства Культуры и Туризма, являются пропаганда книг и книгочтения в обществе, поддержка и развитие креативных форм отношений к книгочтению, выявление талантливых и креативных молодежи в сфере кино, развитие буктрейлеров как искусство и направление в бизнесе. А условия участия очень просты. Каждый желающий может учавствовать в Фестивале, сняв буктрейлер на свою любимую книгу Азербайджанских писателей и  зарегистрировав его на интернет-сайте Фестиваля. Еще хочу отметить что, в этом году будет новая номинация «Лучший мобильный буктрейлер». Для участия в этой номинации каждый может снять свою любимую книгу на мобильный телефон и отправить на Фестиваль.»

 

Итак, какие условия для участия в Фестивале:

к участию в Фестивале приглашаются и допускаются все желающие независимо от возраста;
в Фестивале участвуют буктрейлеры посвященные одной книге или книжной серии Азербайджанского автора, любого года и места издания, опубликованной в печатном виде;
количество представленных на Фестиваль буктрейлеров от одного Участника не ограничено;
участник гарантирует, что на Фестиваль представлена авторская работа и не нарушает чьи-либо авторские права. В противном случае, ответственность за нарушение прав третьих лиц возлагается на Участника;
в Буктрейлерах запрещается содержание, разжигающее расовую, межнациональную, религиозную и политическую рознь, нарушающее законы АР и носящее антисоциальный характер, включающее нецензурные выражения и порнографические материалы;
предоставленные Буктрейлеры членами жюри не рецензируются и не возвращаются;
ОргКомитет может использовать Буктрейлеры участников с целью популяризации фестиваля, в том числе размещать их на официальном сайте фестиваля и в интернет ресурсах (на сайтах, в СМИ, в социальных сетях, на видеохостинге YouTube и др.) без уведомления автора и без выплаты авторского вознаграждения.

 

Буктрейлеры должны отвечать следующим требованиям:

длительность (хронометраж): не более 3 минут;
формат: mov, mp4, mpeg, mpg, avi, wmv.
медиа форма: игровые (с участием актеров), неигровые (без участия актеров), анимационные (мультфильм);
перед началом необходимо вставить логотип Фестиваля;
в конце необходимо разместить изображение книги, по которой снят буктрейлер и адрес сайта Фестиваля;
не должны содержать упоминания о конкретных марках товаров, товарных знаках, а также коммерческих организациях и спонсорах, которые не являются спонсорами Фестиваля.

 

Напомним что, денежные призы за первое, второе (2 места) и третье (3 места) места – 1.000, 800 (каждый) и 500 (каждый) манатов, соответственно; а за номинацию «Самый лучший мобильный буктрейлер»  –  1.000 манатов.

 

Отметим что, организационными партнерами Фестиваля являются Министерство Культуры Азербайджанской Республики, Международный Центр Мугама, киностудия АзербайджанФильм имени Дж. Джаббарлы; главным партнёром Фестиваля является лидер мобильной связи страны компания Азерсель.

 

Подробную информацию можно получить на нашем интернет сайте www.booktrailer.az и в фейсбук странице www.facebook.com/BooktrailerFest Так же, по всем вопросам можно обращаться по эмаил адресу: festival2019@booktrailer.az

 

Последний день приема работ: 1 апреля, 2019