Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqların sevimlisi Gülzar İbrahimova Ağdaşda azyaşlı oxucularla görüşmüşdür.

12.12.2017

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə uşaq yazarlarının bir sıra rayon Mərkəzi kitabxanalarında azyaşlı oxucularla keçiriləcək görüşlərinin qrafikinə əsasən uşaqların sevimlisi Gülzar İbrahimova Ağdaşda azyaşlı oxucularla görüşmüşdür. 
Əvvəlcə 5 yaşa qədər uşaqlarla 1 saylı uşaq bağçasında görüş olmuşdur. Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev hörmətli yazarı salamlayaraq onu uşaqlara və müəllimlərə təqdim etdi. Uşaqlardan Nəsibli Esmanur, Kərimli Sara, Xəlilzadə Rubil, Həsənoov Ömər, İbrahimova Fatimə, şeirlərindən nümunələr söylədilər. 
Gülzar İbrahimova öz nağıllarından və şeirlərindən parçalar və yanıltmaclar söylədi. “Sirus və Virusun” macəraları diskinə tamaşa etdilər. Sonda yazıçı uşaqlara hədiyyələr verdi. Bağça müdiri Nuranə Hacıyeva təşəkkürünü bildirdi.
Sonra Ağdaş Humanitar Texniki Təmayüllü gimnaziyada görüş keçirildi. 
MKS-nin direktoru Seyfəddin Feyzullayev burada da Gülzar İbrahimovanı oxuculara təqdim edərək onun yaradıcılığından geniş məlumat verdi. 
Oxuculardan Yusifli Murad, Qocayev Osman, Xəlilzadə Nihat, Osmanova Ləman, Mustafayeva Aytac yazıçının nağıllarından və şeirlərindən parçalar söylədilər. Gülzar İbrahimova öz gələcək planlarından, yazmaqda olduğu kitablardan danışaraq uşaqların suallarına cavab verdi, arzularını dinlədi. 
Tədbir iştirakçıları yazıçının səsli nağıllarına qulaq asdılar, cizgi filminə tamaşa etdilər. 
Gimnaziyanın direktoru Şəhla Hacıbalayeva Mədəniyyət və Turizm Nazirliyinin bu təşəbbüsünü alqışlayaraq belə tədbirlərin uşaqların dünyagörüşünün artmasında mühüm rol oynadığını qeyd etdi.
Yazıçı burada da uşaqlara hədiyyələr verdi. 
Hər iki tədbirin keçirildiyi yerdə MKS-nin Uşaq şöbəsi tərəfindən yazıçının kitab və disklərindən ibarət “Gül balaların Gülzar nənəsi xoş gəlib” adlı sərgi təşkil edilmişdi. 
Ən sonda Gülzar İbrahimova Mərkəzi kitabxananın Uşaq şöbəsinə özünün kitablarını və disklərini hədiyyə etdi.