04.02.2019
01 fevral 2019-cu il tarixində Göyçay Tarix-Diyarşünaslıq muzeyində “Gəncliyimiz gələcəyimizdir” adlı tədbir keçirilmişdir.Tədbirdə şəhər 4 saylı tam orta məktəbin gənc müəllimlərı və yeniyetmələri, Mərkəzi kitabxananın işçiləri,Göyçay Mədəniyyət işçiləri həmkarlar ittifaqının sədrı Nəriman Məlikov və muzey əməkdaşları iştirak etmişdir.
Tədbir dəyirmi masa ətrafında diskusiya şəklində keçirilmişdir. Muzeyin direktoru Bəsti Sultanova qonaqları salamlamış və gəncləri təbrik etmişdir. Sonra muzeyin elmi işçisi Humay Əsgərova “Gəncliyimiz gələcəyimizdir” mövzusunda məruzə ilə çıxış etmişdir. Şəhər 4 saylı məktəbin müəlliməsi Gülnar Mustafayeva öz çıxışında gənclərin gələcəyimizin qurucuları olduğunu vurğulamışdır. Yeniyetmələrdən Rəvan Həmidov və Səid Kərimov onların üzərinə düşən əsas vəzifənin yaxşı təhsil almaqdan və müasir tələblərə uyğun səviyyəyə çatmaqdan ibarət olduğunu söyləmişər. Göyçay rayon MİHİ-nin sədri N. Məlikov gənclərə dövlət qayğısından söz açaraq ölkəmizdə gənclər siyasətini uğurla keçirildiyini vurğulamışdır.
Sonra muzeyin ekskursiyaçısı Mehriban Xəlilova tədbir iştirakçılarını “ 20 yanvar”, “Şəhidlər”, “Aprel döyüşləri” adlı sərgilərlə tanış etmişdir .