Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon MKS-də “Sağlam gənclik- sağlam gələcəkdir” adlı tədbir keçirilmişdir.

04.02.2019

31.01.2019-cu il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabelyində fəaliyyət göstərən Zərdab rayon MKS-də Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə 2 Fevral- Gənclər Gününə həsr olunmuş “Sağlam gənclik- sağlam gələcəkdir” adlı tədbir keçirilmişdir. Tədbirdə  ali məktəb tələbələri- Zərifə Feyzullayeva,Əsmər Cavadova, Selcan Məmmədli,Zeynəb Mahmudova və İsmayıl Kərimzadə,  Mərkəzi Kitabxananın, Heydər Əliyev Mərkəzinin, rayon Tarix Diyarşünaslıq muzeyinin, H.B.Zərdabi muzeyinin  əməkdaşları  iştirak etmişlər.

          Tədbiri MKS-nin direktoru Nailə Əliyeva giriş sözü ilə açaraq təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclərimizin ən sevimli günlərindən biri olan 2 fevral Azərbaycan gəncləri günü münasibəti ilə bütün gəncləri təbrik edərək əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, gənclərin təhsil və mədəniyyət sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün ölkəmizdə bütün dünyada nümunə olacaq şərait yaradılmışdır.

         Sonra Tünzalə Eyvazova “Sağlam gənclik- sağlam gələcəkdir” adlı məruzə ilə çıxış edərək  Gənclər gününün yaranması tarixi, gənclərin bu illər ərzində fəaliyyəti, qazandıqları uğurlar barəsində məlumat vermişdir.  Xanım Abışova  çıxışı zamanı  Gənclərin mütaliəsinin düzgün istiqamətləndirilməsi haqqında öz fikirlərini bildirmiş, Gənclər Günü münasibətilə dövlət  tərəfindən keçirilən tədbirlərin Azərbaycan gənclərinin böyük marağına səbəb olduğunu diqqətə çatdırmışdır.Tədbir iştirakçılaından Şahnaz Mustafayeva, Könül Rəhimova,Gülzar Qasımova,Rəqibə Qasımova, Gülnaz Məmmədova və başqaları ölkədə aparılan uğurlu gənclər siyasətindən danışaraq, gənclərə göstərilən xüsusi  diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş və  gəncləri  bu əlamətdar bayram günü münasibətilə təbrik edərək, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulamışlar.

Sonda “Sağlam gənclik- sağlam gələcəkdir”adlı sərgiyə baxış keçirilmişdir.