Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dünya şöhrətli rəssam, sənət tarixçisi, sənət tənqidçisi və qrafik dizayneri Ağdaş rayonunda olmuşdur.

12.12.2017

Dünya şöhrətli rəssam, sənət tarixçisi, sənət tənqidçisi və qrafik dizayneri, həmyerlimiz Aydın Ağdaşlı və qızı jurnalist Tara Ağdaşlı öz ata-babalarının yurdunda, yenə yenidən muzeyimizdə. İlk dəfə 1992-ci ildə Ağdaşa gələn A.Ağdaşlı kövrələrək: "Şükür Allaha ki, buranı görmək mənə qismət oldu" demişdi. Aydın Ağdaşlının ata-babasının - Hacı Məhəmməd Ağanın evi - əvvəllər muzeyimizin yerləşdiyi binadır. 
Aydın Ağdaşlı İranda yaşayır orada anadan olub. Atası Məmməd Ağdaşlı Azərbaycan Demokratik Respublikası daxili işlər naziri vəzifəsində işləmişdir. Sovet ordusunun ölkəni işğalından sonra onlar Təbrizə sığınıblar. Sonra Rəştə gediblər və Aydın burada anadan olub. Aydın Ağdaşlı Avropada tanınmış rəssamdır. Fransanın ən ali incəsənət nişanı sayılan "Cəngavər" mükafatı ilə təltif olunub.
Onun sənəti haqda çox yazmaq olar. Ama bir şeyi xüsusilə qeyd edimki, helə doğma dilini danışan, helədə sanki bizdən biri... Mehriban, gülərüz, səmimi Aydın bəy sizinlə tanış olduğumuza şad olduq!