31.01.2019
30 yanvar 2019-cu il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Zərdab rayon Heydər Əliyev Mərkəzində “Gənclər günü” münasibətilə tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları rayon gənclərinin əl işlərindən ibarət sərgiylə yaxından tanış olmuşlar.
Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova “Hər bir gənc Ümummilli lider Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir” mövzusunda gənclərlə söhbər edərək,Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan söz açmış və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını qeyd etmişdir.