Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

27 Sentyabr - Ümumdünya Turizm Günü

11.12.2017

Əlamətdar tarixi günləri və bayram günlərini silsilə tədbirlərlə həyata keçirən Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi 27 sentyabr–“Ümumdünya Turizm Günü”nü geniş şəkildə qeyd etmişdir. İdarənin tabeliyində olan Ağdaş,Göyçay,Ucar və Zərdab rayon nümayəndəliklərində baş tutan tədbirlər böyük izləyici kütləsinin marağına səbəb olmuşdur.

      Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilən tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etmişdir. Dəyirmi masa ətrafında təşkil edilən tədbirdə çıxışlar səsləndirilmiş və Azərbaycanın, o cümlədən regionun turizm potensialı müzakirə olunmuşdur. Tədbiri giriş sözü ilə açan Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev bu gün Azərbaycanda turizmin inkişafı üçün böyük işlər görüldüyünü qeyd etmiş, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamızda turizm sahəsinin böyük uğurlar qazandığını və inkişaf etdiyini bildirmişdir. Məhz bu inkişafın nəticəsidir ki, ölkənin bütün regionlarında yeni turizm obyektləri tikilir, mədəni-tarixi abidələr bərpa edilir.Eyni zamanda tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq məktub və tapşırıqlarına əsasən 2017-ci ildə Ağdaş rayon MKS-də “Turizm guşəsi”, “Turizm informasiya masası”, Ağdaşın gəzməli görməli yerlərini özündə əks etdirən “Gözəlləşən Ağdaşım” adlı foto-stend hazırlandığı vurğulanmışdır.

                   Ağdaş rayon Tarix-Diyarşünaslıq muzeyində təşkil edilmiş tədbirdə bütün Mədəniyyət və Turizm idarəsinin tabeliyindəki müəssisələrin işçiləri iştirak edirdi. Tədbiri giriş sözü ilə muzeyin direktoru N.Yusifova açaraq turizm işçilərini peşə bayramı münasibətilə təbrik etmiş və respublikamızda qeyd edilən bu bayramın əhəmiyyətindən danışmışdır. M.Şeyxzadə ev muzeyinin əməkdaşı Afaq Əhmədova öz çıxışında respublikamızda son illər turizmin inkişaf prespektivlərindən, ölkədə yaradılan yay və qış turizm obyektlərindən və onlara turistlərin cəlb olunmasından danışmışdır. Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitindən davam etdirilmişdir.Eyni zamanda rayonda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü elan olunmuş,rayonun “Heydər”parkında konsert proqramı təşkil edilmişdir.

                   Regional İdarənin Göyçay rayon nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günləri təşkil edilmiş, həftə ərzində əhalinin ən çox toplaşdığı məkanlarda, rayon mərkəzi kitabxanasının qarşısında,Heydər Əliyev parkında kitab sərgisi və konsert proqramları təşkil edilmişdir. 27.09.2017-ci il tarixdə R.Rza adına rayon Mədəniyyət Mərkəzində turizm gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada mədəniyyət müəssisələrinin rəhbərləri və turizmlə bağlı müəssisə rəhbərləri iştirak etmişlər.

                   27 sentyabr “Beynəlxalq Turizm günü”  ilə əlaqədar  Zərdab Rayon Mədəniyyət Mərkəzində “Turizmin inkişafı iqtisadi yükşəlişin göstəricisidir” adlı məlumat günü keçirilmişidir.Tədbirdə Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin Zərdab rayonu üzrə baş məsləhətçisi Urfan Əhmədov,rayon Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədova,mərkəzin bədii rəhbəri Əlniyyət Əliyev və Çallı kənd diyarşünaslıq klubunun dirketoru Maqbet Qasımov Azərbaycanda Turizmin inkişafı,ölkəmizin ərazisində olan turizm məkanları,obyektləri və istirahət guşələri haqqında məlumat vermişlər.Eyni zamanda rayonun Tarix-diyarşünaslıq muzeyi və H.B.Zərdabi ev muzeylərində “Açıq qapı”günləri elan olunmuş,Heydər Əliyev Mərkəzində sərgi hazırlanaraq nümayiş etdirilmişdir.

                  Regional İdarəyə aid olan Ucar rayonunda da 27 sentyabr “Beynəlxalq Turizm Günü” müxtəlif tədbirlərlə qeyd edilmişdir.Rayon  Mədəniyyət Mərkəzində baş tutan tədbirdə iştirakçılar öncə mərkəzin foyesində təşkil olunmuş sərgi ilə tanış olmuşlar. Daha sonra tədbirdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlərindən bəhs edilmişdir.Tədbir Mədəniyyət Mərkəzinin təşkil etdiyi geniş konsert proqramı ilə davam etmişdir.