Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dilimiz –Milli sərvətimizdir”

14.01.2019

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”

                                                                           Heydər Əliyev

6 yanvar  2019- cu il tarixində  Zərdab rayon MKS-inin 10 nömrəli Yarməmmədbağı kənd filialında  “Dilimiz –Milli sərvətimizdir” başlıqlı sərgi-söhbət keçirildi.

Kitabxananın müdiri Ofeliya xanım tədbiri  açaraq, iştirakçıları salamladı və bildirdi ki, bu günkü tədbirimiz Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında 1 noyabr 2018 ci il tarixli Fərmanı ilə  əlaqədar    təşkil edilmişdir. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə qürur hissi duymalı, dilimizin, mədəniyyətimizin, tariximizin yaşanması üçün çalışmalıdır. Ana dilimiz milli sərvətimiz, qan yaddaşımızdır. Tədbirdə Yarməmmədbağı kənd tamorta məktəbin 2-ci sinif şagirdləri  dilimizə həsr şeirlər söylədilər. Tədbirin sonunda uşaqlar foyedə hazırlanmış kitab sərgisi və rəsmlərlə tanış oldular.