Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tariximizin qanlı və şanlı səhifəsi ”

11.01.2019

11.01.2019- cu il tarixində şəhər 3 saylı tam orta məktəbində Zərdab rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları 20 Yanvar faciəsi ilə əlaqədar olaraq "Tariximizin qanlı və şanlı səhifəsi " adlı tədbir təşkil etmişlər. Tədbiri muzeyin əməkdaşı Əliyeva Ziyalə açaraq bildirdi ki, milli birlik və vətənpərvərlik simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümumilli lider Heydər Əliyevin bu fikirləri yada düşür: "20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır .Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir.Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir.O,gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır".Tədbirdə məktəbin şagirdləri bildirdilər ki, o qanlı gecəni törədənləri heç vaxt unutmayacaqlar və şahidlərimizin qanı yerdə qalmayacaq