11.12.2018
10 dekabr 2018-ci il tarixdə Zərdab rayon Mərkəzi Kitabxanasında Silsilə tədbirlərin davamı olaraq şəhər 3 №-li tam orta məktəbin şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci il dönümü ilə əlaqədar “Qəlblərdə yaşayan dahi” mövzusunda ədəbi-bədii kompozisiya keçirildi.
Öncə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri Zərdab rayon MKS-inin direktoru Nailə Əliyeva açaraq ,ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan, keçdiyi nümunəvi həyat yolundan, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlərdən, onun siyasi fəaliyyətindən ətraflı bəhs edib.
Tədbirlə əlaqədar Mərkəzi Kitabxananın Xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva, Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Nisə Əliyeva və başqaları çıxış etdilər.
Çıxış edənlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin adının xalqımızın yaddaşında əbədi həkk olunduğunu, ulu öndərin xatirəsini daim qəlblərində yaşadacaqlarını qeyd etdilər.
Tədbir çərçivəsində məktəblilərin ifasında “Qəlblərdə yaşayan dahi ” adlı ədəbi – bədii kompozisiya nümayiş etdirilib.