Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda “Ailə dəyərləri” mövzusunda tədbir keçirildi.

13.07.2017

10 iyul 2017-ci il tarixdə rayon Gənclər İdman İdarəsində “Gənc Vətəndaş” İctimai birliyi tərəfindən “Ailə dəyərləri” mövzusunda  tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan “Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru Günel Səfərova  çıxış edərək bildirdi ki, Gənc Vətəndaş" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Ailə üçün DƏYƏR!" layihəsinin icrasına başlamışdır.

Tədbirin əsas məqsədi gənclərin ailə hüququ sahəsində biliklərinin artırılmasından ibarət olmaqla yanaşı, bununla əlaqədar İctimai Birliyin nəzdində gələcəkdə Ailə Hüquq Akademiyasının da yaradılacağı  diqqətə çatdırılıb.Ekspertlər  gəncləri maraqlandıran sualları cavablandırdılar.

Tədbirdə rayonun müxtəlif fəaliyyət sferalarında  çalışan 20 nəfər gənc iştirak edirdi.