Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qanunlar bizim müdafiəçimizdir”

13.11.2018

12 noyabr 2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə oxu zalında 12 noyabr Konstitusiya günü ilə əlaqədar “Qanunlar bizim müdafiəçimizdir” adlı dəyirmi masa keçirilmişdir.

Tədbiri  Zərdab rayon MKS-inin direktor müavini Gülüstan Rəhimova açdı, bayram münasibətilə iştirakçıları təbrik etdi. G.Rəhimova mövzu ilə əlaqədar çıxış edərək bildirdi ki, Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş Referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 21 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.
  Oxuculara xidmət şöbəsinin əməkdaşı Elyanə Rüstəmova  “Qanunlar bizim müdafiəçimizdir”  başlıqlı məruzə ilə çıxış etdi.

 Xidmət şöbəsinin Oxu zal müdiri Tünzalə Eyvazova, metodika və biblioqrafiya şöbəsinin müdiri  Gülzar Qasımova  məruzə ətrafı çıxışlarında qeyd etdilər ki,müstəqil Azərbaycan Konstitusiyası ölkəmizin inkişaf strategiyasını müəyyən edən əsas sənəddir. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu ilk milli konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, ümummilli liderimizin Azərbaycan dövlətçilliyi qarşısında əvəzsiz xidmətlərindən biridir.