07.11.2018
7 noyabr 2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Zərdab şəhər Həzi Aslanov adına 3 saylı tam orta məktəbin 3”b” sinfində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uğurlu sabah naminə hüquqlarımızı öyrənək ” mövzusunda söhbət keçirib.
Tədbirdə Uşaq şöbəsinin əməkdaşı Məlahət Cavadova uşaq hüquqlarının yaranma tarixi haqqında qısa məlumat verdi və bildirdi ki, Azərbaycan bu Konvensiyaya 1992-ci ildən qoşulub. Dövlətin uşaqlara göstərdiyi böyük diqqət və qayğıdan danışdı.Ölkəmizdə bütün uşaqların təhsil və sağlam böyümələri üçün görülən işlər məhz uşaqlara qayğıdan irəli gəlir.Hər bir uşaq və yeniyetmələrin öz hüquqlarını bilməsi çox vacibdir. Öz hüquqlarını yaxşı bilən, lazım gəldikdə ondan istifadə etməyi bacaran uşaq doğma vətənini daha yaxşı sevir, vicdanlı olur, milli-mənəvi dəyərlərini, həm də öz mənliyini qoruyur. Söhbət uşaqlarla birgə sual-cavab səklində keçdi. Uşaqlar söhbətdə fəal iştirak edərək öz hüquqları haqqında məlumatlandılar.
Uşaqlar maraqlı suallarla müraciət etdilər və M.Cavadova verilən suallara aydınlıq gətirdi.