07.11.2018
07 noyabr 2018-ci il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzində Maqsud Şeyxzadə ev muzeyinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə görkəmli şair,yazıçı və dramaturq Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Nuridə Qədirova öz məruzəsində Azərbaycanın və Özbəkistanın böyük oğlu,Ağdaş torpağının yetirməsi, görkəmli şair və dramaturq Maqsud Şeyxzadənin həyatı və yaradıcılığı barədə məlumat vermişdir.Sonra çıxış edən Mərkəzi Kitabxananın direktoru Seyfəddin Feyzullayev Maqsud Şeyxzadə haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşmüş, görkəmli ədəbiyyatşünasın hələ Azərbaycanda yaşayarkən kiçik yaşlarından başlayaraq yazdığı şerlər barəsində söhbət açmış,sonra Özbəkistandaki fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Eyni zamanda Ağdaş rayon Maqsud Şeyxzadə adına Gimnaziyanın şagirdləri şairin əsərlərindən şer parçaları söyləmişlər.
Daha sonra Mədəniyyət Mərkəzinin Xalq teatrının ifasında dramaturqun qələmə aldığı “Cəlaləddin Mənquberdi” dramından bir pərdə nümayiş olunmuş, “Gənclik” instrumental ansamblının hazırladığı konsert proqramı təqdim olunmuşdur.
Tədbirin yekununda iştirakçılar Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş sərgi ilə tanış olmuşlar.