29.10.2018
29 oktyabr 2018-ci il tarixdə Zərdab rayon Mərkəzi Kitabxanasında Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Zəngilan rayonun işğalının 25 illiyi ilə əlaqədar “Düşmənlər göz dikdi torpaqlarına” adlı dəyirmi masa keçirildi. Tədbirdə Mərkəzi Kitabxananın kollektivi , Zərdab rayon 3 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər.
Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi .
Tədbiri giriş sözü ilə Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva açdı və tədbir iştirakçılarına Zəngilanın erməni işğalçıları tərəfindən işğal olunmasından, əhalinin məcburiyyət qarşısında doğma yurdlarından didərgin düşmələri haqqında geniş məlumat verdi.
Daha sonra çıxış edən Oxuculara xidmət şöbəsinin əməkdaşı Tünzalə Eyvazova “Düşmənlər göz dikdi torpaqlarına” adlı məruzə ilə ,Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Nisə Əliyeva doğma diyarımız Qarabağın tarixi, erməni qəsbkarları tərəfindən rayonlarımızın işğalından danışdılar. Onlar əminliklə bildirdilər ki, bu gün qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır , prezidentimizin ağıllı siyasəti nəticəsində bizim şəhidlərin qanı yerdə qalmayacaq və biz tezliklə düşmənə qalib gələcəyik və Aprel döyüşləri bunu bütün dünyaya sübut etdi.
Sonda məktəblilərin ifasında İşğal olunmuş torpaqlarımıza aid şeirləri dinlənildi.